SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar 6 ay həbsə məhkum ediliblər

2021.10.20, 07:36
Azərbaycanlı fəallar 6 ay həbsə məhkum ediliblər

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəallar doktor Məhərrəm Kamrani və mühəndis Saleh Mollabbasinin həbsinə dair məhkəmə qərarı çıxarılıb.  

 

Onlar, Əhər şəhərinin inqilan məhkəməsi tərəfindən 6 ay həbsə məhkum ediliblər.

 

Azərbaycanlı fəallar qruplaşmalarda iştirak etməklə islami hakimiyyəti yıxmağa cəhd və sistemin əleyhinə təbliğdə ittiham olunublar.

 

Kamrani, Şəhriyar ocağının mərkəzi şurasının üzvü, qapadılmış “Oyanış” öyrənci dərgisinin müdir-məsulu və Azərbaycan nəşriyyatı ocağının üzvüdür. Mollaabbasidə tanınmış öyrənci fəallardan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar