SON XƏBƏRLƏR

Hindistan da İran neftindən imtina etdi

2021.10.20, 07:36
Hindistan da İran neftindən imtina etdi

Gunaz.tv

GünAz TV: Qərb İranın neft alıcılarını bir-bir sıradan çıxarır. Yaponiyadan sonra Hindistan da İran neftindən rəsmən imtina edib.

İran neftindən imtina edən Yaponiya hökuməti bu qərardan təxminən bir neçə saat sonra istefa verdi. Baş nazir istefaların səbəbini vergi və sosial sığorta sistemində aparılacaq islahatlar ərəfəsində hökumətin möhkəmləndirilməsilə izah edib.

Qeyd edək ki, Yaponiyaya idxal olunan neftin 10 faizi İrandan alınırdı.

Tokiodan sonra rəsmi Dehli də İran neftindən imtina edib. Hələlik rəsmi Tehran verilən qərarlarla bağlı heç bir açıqlama verməyib. Dünyada ikinci böyük ixracatçı olan İran, ən çox Çin, Hindistan, Cənubi Koreya, Yaponiya və İtaliyaya neft ixrac edir. İran neftinin alıcıları arasında Türkiyə, Cənubi Afrika və Şri-Lanka da var. Beynəlxalq enerji agentliyinin təxminlərinə görə, İran gündə 3,5 milyon tondan çox neft çıxarır. Və 2,6 milyon ton ixrac edir. Ekspertlər (karşünaslar) hesab edir ki, Yaponiya və Hindistan Qərbin diktəsilə İran neftindən imtina edib. Ehtimal olunur ki, bu ölkələrə İran nefti əvzinə Liviya (Libi) qara qızılı ötürüləcək.

Bu arada İran prezidenti Mahmud Əhəmdnejad isə ABŞ-a (Amerika Birləşmiş Ştatları) qarşı cəbhə formalaşdırmaqda davam edir. Latın Amerikası ölkələrinə səfərə çıxan Əhmədinejad Venesuela və Ekvadordan sonra Kubaya gedib və burada həmkarı Raul Kastro ilə görüşüb. Görüşün təfərrüatları barədə ətraflı məlumat verilmir. Yalnız o bildirilir ki, Əhməditnejad, İran və Kuba insan haqları uğrunda mübarizədə daim eyni cəbhədə çıxış edənə qədər münasibətlərin yaxşı olacağını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar