SON XƏBƏRLƏR

Ermənistan əhalisinin sayı 1,5 milyon nəfərədək düşəcək

2021.10.20, 07:36
Ermənistan əhalisinin sayı 1,5 milyon nəfərədək düşəcək

Gunaz.tv

GünAz TV: 2050-ci ilədək Ermənistan əhalisinin sayı əhəmiyyətli dərəcədə azalacaq və 1,5 – 1,7 milyon nəfərə çatacaq.

Belə bir proqnozu (öngörü) aparılan araşdırmaların son nəticəsi olaraq Ermənistanın “Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqoran Adibekyan verib. ANS PRESS-in “Novosti-Armenia” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi statistikaya (amar) əsasən, ötən ilin oktyabrın (October) 1-nə olan məlumata görə bu ölkə əhalisinin sayı 3.27 milyon nəfər təşkil edib. “Bizim apardığımız araşdırmalar BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Ermənistanla bağlı təqdim etdiyi statistik məlumatlara əsaslanır. Bu rəqəmlər də bunu təsdiq edir. Bu gün əhalinin sayının azalması Ermənistanın ən mühüm problemlərdən biridir”, - deyə Adibekyan bildirib.

O qeyd edib ki, BMT-nin etnoqraflarının (mərdomniqar) qiymətləndirməsinə görə, dünya xalqları 4 qrupa bölünür: “Artan, qorunan, azalan və yox olmaq təhlükəsi ilə üzləşən xalqlar. Ermənistan hələ ki, 3-cü qrupa daxil olur”.

 

 Sosioloqun (cameşünas) sözlərinə görə, ölkə əhalisinin azalmasına səbəb doğuşların sayının azalması ilə bağlıdır. Həmçinin, bu, ölkə əhalisinin son illərdə ölkədən çıxıb getməsi ilə bağlıdır. Yaranmış vəziyyət həm də ciddi demoqrafik problemlərə səbəb olub. “Sorğu keçirilən zaman bir pessimist (bədbin) mənzərə yaranmışdı. İşsizlik səbəbindən Ermənistanda 14 faiz ailəli əhali ölkəni tərk edərək emiqrant (mühacir) statusu (vəziyyət) alıb”, - deyə Adibekyan vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar