SON XƏBƏRLƏR

Türkiyə Böyük Millət məclisi Başçısı Cəmil Çiçək Laricani ilə Görüşdü

2021.10.20, 07:36
Türkiyə Böyük Millət məclisi Başçısı Cəmil Çiçək Laricani ilə Görüşdü

Gunaz.tv

Türkiyə Böyük Millət məclisi Başçısı Cəmil Çiçək Laricani ilə Görüşdü

Günaz TV : Türkiyə Böyük Millət məclisi Başçısı Cəmil Çiçəyin İran Məclis Başçısı Əli Laricani ilə edilən görüşmələrdə ikili əlaqələrin yanında İraq, Suriya və radar sistemi kimi mövzuların da gündəmə gəldiyi öyrənildi. Türkiyə Böyük Millət məclisi Başçısı Cəmil Çiçəyin dəvəti üzərinə Ankaraya gələn İran Məclis Başçısı Laricani bu səhər ilk olaraq Xarici işlər Naziri Əhməd Davutoğluyla bir araya gəldi. Daha sonra Məclisə keçən Laricani, Türkiyə Böyük Millet məclisi Başçısı Çiçək ilə görüşdü. İki ölkə Parlament heyətlərinin iştirakıyla davam edən görüşmələrdə, ikili əlaqələr, parlamentolararası təmasların inkişaf etdirilməsi, Suriya və İraqdakı inkişaflar ələ alındı.

Məclis Başçısı Laricaninin Türkiyə Böyük Millət məclisi Başçısı Çiçəklə görüşməsində Türkiyə ilə İran arasındakı güclü tarixi Bağlar və qonşuluq əlaqələrinə vurğu etdi.İran heyətinin digər təmaslarında, Türk səlahiyyətlilərin Suriya və İraqdakı inkişaflar haqqındakı qayğılarını dilə gətirdikləri, Suriyada Esad rejiminin xalqının qanını tökməyə dərhal son verməsi və Suriya xalqının haqlı islahat tələblərinin qarşılanması lazım olduğunun vurğuladıqları bildirildi. İraq mövzusunda isə, İraqın barış, sabitlik və rifah ölkəsi halına gəlməsi üçün iki ölkənin birlikdə səy göstərməsinin əhəmiyyətinə diqqət çəkdikləri ifadə edildi.

Əldə edilən məlumata görə, görüşmələrdə ayrıca Türkiyədə qurulan erkən xəbərdarlıq radarı mövzusu da gündəmə gəldi. Türk tərəfinin söz mövzusu radarın hücum tutumu olmadığını və bölgədə yayılan balistik raket təhdidinə qarşı bir müdafiə etmə sistemi olduğunu təkrarladığı öyrənildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar