SON XƏBƏRLƏR

Suriyaya Müdaxilə Ehtimali Günü Gününə Artır

2021.10.20, 07:36
Suriyaya Müdaxilə Ehtimali Günü Gününə Artır

Gunaz.tv

Suriyaya Müdaxilə Ehtimali Günü Gününə Artır

Rusya: NATO üzvləri və bəzi Körfəz ölkələrinin Suriyaya əsgəri müdaxilə etməyə hazırlandığına dair məlumat irəli sürüldü.

Uzun müddət Rus iç kəşfiyyat Xidməti edən FSBin başçılığı və bu anda da Rusiya Təhlükəsizlik Şurasının Başçısı olan Nikolay Patruşev Rus İnterfaks agentliyinə etdiyi açıqlamada: bəzi NATO üzvü ölkələrin Suriyaya əsgəri müdaxilə hazırlığı etdiyinə dair məlumatlar əldə etdiklərini ifadə edərək, NATO üzvü Türkiyənin bu mövzuda kilid rol oynaya biləcəyini müdafiə etdi.

Patruşev, ABŞ və Türkiyənin Suriyalı üsyançıları qorumaq üçün Suriya içində uçuşa qadağan bölgə yaradılması ehtimalı üzərində çalışdığını ifadə edərək, "Bizə bəzi NATO üzvü və Körfəz ölkələrinin bilvasitə müdaxilədən doğrudan əsgəri müdaxiləyə keçmək üçün Libya bənzəri senari üzərində çalışdıqlarına dair məlumat gəlir" dedi.

Patruşev, qərbin Suriyaya müxalifətə təzyiq etdiyi üçün deyil, İran ilə ittifaqı sona çatdırmadığını üçün təzyiq etdiyini müdafiə etdi.

Sovetlər Birliyindən bəri Suriya ilə ənənəvi dostluq əlaqələrinə sahib olan Rusiya, Libyadakı senarinin burada da təkrarlanmasına qarşı çıxır

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar