SON XƏBƏRLƏR

İranda qıtlıq gözlənilir

2021.10.20, 07:36
İranda qıtlıq gözlənilir

Gunaz.tv

GünAz TV: İran-Çin Müştərək Ticarət Evinin rəisi Əsədullah Əsgərövladi jurnalistlərə açıqlamasında beynəlxalq sanksiyaların (təhrim) ölkənin iqtisadiyyatına zərbə vurduğunu bildirib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Əsədulla Əsgərövladi deyib: “Ölkədə həqiqi inflyasiyanın (təvərrüm) həddi 40 faizdir. Milli valyutanın (pul, ərz) dəyərinin kəskin düşməsini, ölkəyə mal idxalının 1600 tümənə çatmış dollarla həyata keçirilməsini və istehsalın acınacaqlı durumunu nəzərə alaraq deyə bilərəm ki, 6 ayacan ölkədə qıtlıq olacaq.

 

Əvvəlki bütün proqnozlara (öngürü) görə, inflyasiya 14 faiz olmalı idi. Lakin biz inflyasiyanın qarşısını ala bilmədiyimizdən hazırda istehsal sahəsində ciddi problemlərlə üz-üzə qalmışıq. 6 ayacan bir çox malların azlığı və qıtlıqla üz-üzə qalacağıq. Belə olanda isə ölkəyə lazım olan malları idxal etmək üçün ya qaçaqmalçılığa əl atmalı olacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar