İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
Türkiyə-İran münasibətlərində yeni dövrün başlandığı müşahidə edilir. Belə ki, bu iki qonşu dövlət arasındakı qarşılıqlı münasibətlərin əvvəlki dönəmlərdən fərqli keyfiyyət qazanmaqda olduğu açıq-aşkar nəzərə çarpmaqdadır. Hər halda, son vaxtlar Türkiyə və İran bir-birinə münasibətdə buna qədər nümayiş etdirdiklərindən daha həssas yanaşma tərzi sərgiləyirlər. Bu yanaşma tərzini Türkiyə-İran münasibətlərini ciddi şəkildə istiləşməsi kimi də xarakterizə etmək mümkündür. Ona görə də, bu iki qonşu dövlət arasındakı son əməkdaşlıq əlaqələri böyük maraq doğurmaqdadır. Onu da qeyd etmək lazımdır ki, Türkiyə-İran münasibətlərinin mövcud keyfiyyəti yaxın bir neçə gün ərzində daha qabarıq şəkildə ortaya çıxa bilər. Ən azından ona görə ki, hazırda İranın prezidenti Mahmud Əhmədinejat Türkiyəyə səfərə gəlib. Düzdür, bu səfər tam rəsmi xarakter daşımır. Belə ki, prezident M.Əhmədinejat Türkiyə səfərinə bu qardaş ölkənin paytaxtı Ankaradan deyil, ən böyük şəhəri olan İstanbuldan başlayıb. Maraqlıdır ki, İran dövlət başçısının İstanbul səfəri çərçivəsində əsasən hər iki qonşu dövlətin liderlərinin - prezident M.Əhmədinejat və prezident Abdullah Gülün görüşləri nəzərdə tutulub. Verilən məlumatlara görə, hər iki dövlət başçısının bu görüşləri çərçivəsində Türkiyə və İranı maraqlandıran bir çox önəmli məsələlərin müzakirəsi planlaşdırılıb. Həmin məlumatlarda əsas müzakirə mövzuları sırasında İranın nüvə proqramları ətrafında yaranmış beynəlxalq gərginliklə bağlı fikir mübadiləsinin aparılmasının xüsusi yer tuta biləcəyi bildirilir. Məsələ ondadır ki, İranın nüvə proqramları rəsmi Tehranla Ağ Ev arasında kifayət qədər ciddi qarşıdurma mühiti formalaşdırıb. Hətta bu qarşıdurma mühiti o qədər dərinləşib ki, ABŞ və İran arasında istənilən an hərbi toqquşmaların baş verə biləcəyi ilə bağlı ehtimalların aktuallığı uzunmüddətdən bəri öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Bu baxımdan, Türkiyə və İran prezidentlərinin bu məsələ ətrafında hansı razılaşmalar əldə edə biləcəkləri böyük maraq doğurmaqdadır. Hər halda, nəzərə almaq lazımdır ki, İranın nüvə proqramları ətrafında yaranmış vəziyyətlə bağlı rəsmi Tehran və Türkiyənin bir sıra maraqları üst-üstə düşməkdədir. Belə ki, hər iki qonşu dövlət müharibə təhlükəsinin zərərsizləşdirilməsi məsələsində ortaq maraqlara malikdir. Bu isə, Türkiyə-İran münasibətlərinin ən yüksək səviyyəyə qədər inkişaf etməsində stimulverici faktor rolunu oynamaqdadır. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin İranın nüvə proqramlarına yanaşma tərzi, ABŞ-ın bu məsələyə yönəlik mövqeyindən ciddi şəkildə fərqlənir. Hətta bu məsələdə Ağ Evlə rəsmi Ankara arasında müəyyən ziddiyyətlərin olduğu da bəzi hallarda açıq-aşkar nəzərə çarpır. Belə ki, ABŞ İranın nüvə proqramlarının reallaşdırılması prosesinə münasibətdə aqressiv münasibət bəsləyir. Ağ Ev hesab edir ki, İranın nüvə proqramı nüvə silahının yaradılması məqsədi güdür. Ona görə də, İranın proqramlarının reallaşdırılmasına imkanın verilməsi yolverilməzdir. ABŞ hər imkanda İranın nüvə silahına sahiblənəcəyi təqdirdə, bütün dünya üçün real təhlükənin yarana biləcəyini qabartmağa çalışır. Bu isə, ABŞ-İran münasibətlərində qarşıdurmanın dərinləşməsinə münbit şərait yaradır. Ancaq rəsmi Ankara bir qədər fərqli mövqe tutur. Belə ki, Türkiyə hökuməti İranın nüvə proqramlarına münasibətdə rəsmi Tehranın açıqlamalarına əsaslanmağı daha üstün tutur. Rəsmi Tehransa, İranın nüvə proqramlarının birmənalı şəkildə dinc məqsədlərə hədəfləndiyini vurğulamaqdadır. Bu baxımdan, Türkiyə hökuməti rəsmi Tehranın açıqlamalarını öz mövqeyini müəyyənləşdirmək üçün yetərli hesab edir. Ona görə də, rəsmi Ankara İranın dinc məqsədlər daşıyan nüvə proqramlarını reallaşdırmaq hüququnu tanıdığını etiraf edir. Nəticədə Ağ Evin narazılığına yol açmış olur. Təbii ki, rəsmi Ankaranın bu prinsipial mövqeyi əslində, İranı tamamilə təmin edir. Ancaq hazırda hər iki tərəfi narahat edən əsas məsələnin ABŞ-ın İrana qarşı təzyiqlərinin hansısa mərhələdə hərbi müdaxilə keyfiyyəti qazana biləcəyi ilə bağlıdır. Ən azından ona görə ki, savaş təhlükəsinin real görüntülər alması hər iki qonşu dövlətə qətiyyən sərf etmir. Məsələ ondadır ki, ABŞ-la savaşın başlaması hər iki qonşu dövlətə ciddi problemlər yarada bilər. Xüsusilə də, region dövlətlərinin iqtisadiyyatına ağır zərbələrin dəymə ehtimalı kifayət qədər ciddi görüntülərə malikdir. Bu və ya digər önməli səbəblər baxımından, regionda yeni savaş təhlükəsindən yayınmaq istəkləri üst-üstə düşür. Onu da qeyd edək ki, rəsmi Tehranı ən çox narahat edən məsələlərdən biri Türkiyədən ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması üçün öz ərazisindən istifadə etməsinə icazə verməyəcəyinə dair tam təminatın alınmasıdır. Əgər, belə bir təminatın alınması mümkün olarsa, İran özünün bir qonşusunun mövqeyindən arxayınlaşmaq şansı qazana bilər. Halbuki rəsmi Ankara indiyə qədər İranın bu məsələ ilə bağlı hər hansı ciddi narahatlıq keçirtməsi üçün də elə bir əsas verməyib. Belə ki, rəsmi Ankara Ağ Evin İraqa qarşı hərbi əməliyyatlara başlaması üçün də Türkiyə ərazisindən ABŞ-a istifadə hüququ verməmişdi. Hazırdasa, rəsmi Ankara Türkiyənin ərazisindən heç bir dövlətə qarşı istifadə olunmasına imkan verilməyəcəyini qətiyyətlə vurğulamaqdadır. Və rəsmi Ankaranın bu prinsipial mövqeyi İran üçün böyük əhəmiyyət daşıyır. Ancaq Türkiyəni narahat edən məsələlər daha ciddidir. Belə ki, rəsmi Ankara öz neytrallığını qoruyub saxlasa da, ABŞ-İran qarşıdurmasının nə vaxtsa, hərbi toqquşmalara yol açmayacağına tam əmin deyil. İraq savaşının nəticəsində iqtisadiyyatı sarsıdıcı zərbələrə məruz qalmış Türkiyə isə, növbəti dəfə analoji situasiya ilə üzləşməyə həvəsli deyil. Ona görə də, ABŞ-ın İrana qarşı hərbi müdaxilə niyyətindən imtinasına cəhd göstərir. Məsələ ondadır ki, hazırda rəsmi Ankara ABŞ-İran qarşıdurmasının savaşa çevrilməməsi üçün hər iki tərəf arasında vasitəçilik etmək missiyasını öz üzərinə götürməyə çalışır. Verilən məlumatlara görə, Ağ Ev də Türkiyənin ABŞ və İran arasında vasitəçilik etməsinə müsbət yanaşdığını sezdirir. Çünki Türkiyə-İran münasibətlərinin indiki keyfiyyəti rəsmi Ankaranın vasitəçilik missiyasına uğur qazandıra bilər. Ona görə də, İran prezidenti M.Əhmədinejatın Türkiyə səfəri çərçivəsində rəsmi Ankaranın qarşıduran tərəflər arasında vasitəçilik missiyasının detalları ətrafında müzakirələrin aparılacağı da gözlənilir. Bu baxımdan, Türkiyə və İranı danışıqlarının hansı nəticələrlə əlamətdar olacağına yönəlik mülahizələrin artması qətiyyən təəccüblü deyil. Elçin XALİDBƏYLİ sherg
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər