SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı fövqəladə məsləhətləşmələr keçirib

2021.10.20, 07:36
BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı fövqəladə məsləhətləşmələr keçirib

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının keçirdiyi fövqəladə məsləhətləşmələrdə İrandan uranın  zənginləşdirilməsini dayandırmağı və “altılıq” olan vasitəçi dövlətlərlə danışıqların davam etdirilməsinə çağırış səslənilib.

Məsləhətləşmələr Fransanın təşəbbüsü ilə keçirilib və bağlı qapılar arxasında aparılıb. Görüşdən sonra Fransanın BMT-dəki nümayəndəsinin müavini Martin Brins deyib ki, İranın uranı 20%-ə qədər zənginləşdirməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2011 ilin noyabrında qəbul etdiyi qətnaməyə və BMT TŞ-nin 6 qətnaməsinə ziddir. Bu barədə APA İTAR-TASS agentliyinə istinadən xəbər yayıb.

O bildirib ki, Fransa İranın nüvə proqramı ilə bağlı “təzyiq və dialoq” siyasəti yürüdür. M. Brinsin sözlərinə görə, Fransa Tehrandan danışıqların davam etdirilməsinə dair təklifə cavab gözləyir. Eyni zamanda İrana qarşı yeni sanksiyaların (təhrim) tətbiq edilməsi nəzərdən keçirilir. Fransa diplomatının mövqeyini ABŞ, Böyük Britaniya və Almaniyadan olan həmkarları da dəstəkləyiblər.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranın Fordu dağının içində tikdiyi yeraltı nüvə obyektində (təsisat) uranın zənginləşdirməsinə başladığını bildirib. Bununla bağlı BMT, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Rusiya öz narahatlığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar