SON XƏBƏRLƏR

İranda peyk antenasından istifadə edənlər həbs olunacaq

2021.10.20, 07:36
İranda peyk antenasından istifadə edənlər həbs olunacaq

Gunaz.tv

GünAz TV: İran parlamenti peyk (mahvarə) antenalarından istifadə ilə bağlı “Qiymətli əşya və valyuta (ərz, pul) qaçaqmalçılığı” qanununa əlavə və dəyişikliklər etməyə hazırlaşır.

Yeni layihədə ölkə vətəndaşlarına qarşı daha sərt cəzalar verilməsi nəzərdə tutulub. Belə ki, hər hansı ölkə vətəndaşının peyk antenasından istifadə etdiyi aşkarlanarsa, onu 6 aydan 2 ilə qədər həbs cəzası gözləyir. Bu, “Qiymətli əşya və valyuta qaçaqmalçılığı” qanununun 19-cu maddəsinin 5-ci maddəsinə əlavə və dəyişiklikdən sonra mümkün olacaq. Bu barədə HRANA xəbər yayıb.

Xatırladaq ki, bu ay İran rəsmiləri internetin üzərində nəzarəti gücləndirməsinə dair tədbirləri elan ediblər. Tehran dünya ilə internet əlaqəsini kəsərək ölkədaxili milli internet tətbiq etmək niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar