SON XƏBƏRLƏR

Yaponiya İran neftinin idxalını azaltmağa razılıq verib

2021.10.20, 07:36
Yaponiya İran neftinin idxalını azaltmağa razılıq verib

Gunaz.tv

GünAz TV: Yaponiya ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Tehrana qarşı tətbiq etdiyi sanksiyaları (təhrim) dəstəkləyərək, İran neftinin idxalını azaltmağa hazırdır.

İran neftinin idxalının azaldılması haqqında cümə axşamı Yaponiyanın maliyyə naziri Dzyun Azumi amerikalı həmkarı Timoti Qaytnerlə bir saata yaxın davam etmiş görüşdən sonra bəyan edib. Bu barədə Gün.Az Lenta.Ru-ya istinadən xəbər yayıb.

 Dzyun Azumi qeyd edib ki, Yaponiyanın neft idxalının təxminən 10%-i İranın payına düşür.

 “Söhbət İrandan neft idxalının əhəmiyyətli dərəcədə azaldılmasından gedir” - deyə o bəyan etsə də, dəqiq rəqəmləri açıqlamayıb.

 Yaponiyanın maliyyə naziri həmçinin bildirib ki, Timoti Qaytnerlə görüşdə İrandan neft sənayesi ilə bağlı olmayan sahələrdən idxalın azaldılması haqqında məsələ də müzakirə edilib. Lakin hələlik bu barədə qərar qəbul olunmayıb.

 “Bizə müzakirələr üçün əlavə vaxt lazımdır və mən ABŞ maliyyə nazirindən bunu nəzərə almağı xahiş etdim” – deyə, Dzyun Azumi bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar