Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Rusiya-Gürcüstan müharibəsi beynəlxalq siyasət səhnəsində mövcud olan situasiyaya təsirsiz ötüşməyib. Belə ki, bu savaş dünyanın nüfuzlu dövlətləri arasındakı münasibətlərin gərginləşməsinə münbit şərait yaradıb. Çünki bu müharibə və onun ilkin nəticələri əksər dünya nəhənglərinin milli maraqlarına qətiyyən cavab vermir. Ona görə də, Rusiya-Gürcüstan müharibəsinə münasibətdə dünyanın nüfuzlu dövlətlərinin prinsipial mövqeyinin yaxın günlərdə açıq şəkildə ortaya çıxacağı o qədər də ciddi şübhə doğurmur. Bu baxımdan, sözügedən savaşın nəticəsində dünyada mövcud olan hərbi-siyasi tarazlığın nisbətən dəyişə biləcəyi qətiyyən istisna olunmur. Qeyd edək ki, Rusiya-Gürcüstan savaşının nəticələrindən doğan təsirlərin konkret siyasi məkanlardan da yan keçməyəcəyi gözlənilir. Xüsusilə də, Cənubi Qafqaz regionunda yeni situasiyanın yarana biləcəyi tamamilə gözləniləndir. Hər halda, bu regionda mövcud olan ənənəvi geopolitik vəziyyətin özündən əvvəlkindən nisbətən fərqlənə biləcəyi qətiyyən istisna deyil. Bu isə, o deməkdir ki, Cənubi Qafqaz regionuna aid dövlətlər və bu bölgədə ciddi maraqları olan nəhəng dünya dövlətləri belə keyfiyyət dəyişikliklərinə mütləq hazır olmalıdır. Ancaq Rusiya-Gürcüstan savaşının ilk real təsiri MDB məkanında qabarıq şəkildə hiss olunmağa başlayıb. Belə ki, MDB dövlətləri bu savaşdan sonra öz xarici siyasət kurslarına yenidən baxmaq məcburiyyətində qala biləcəklərini artıq anlamamış deyillər. Hər halda, həmin dövlətlərin xarici siyasət prioritetlərində müəyyən düzəlişlər olunmasının qaçılmazlığını artıq indidən proqnozlaşdırmaq mümkündür. Ən azından ona görə ki, MDB məkanına daxil olan dövlətlərə liderlik edən Rusiyanın bundan sonra daha sərt mövqedən çıxış edə biləcəyi elə indidən açıq-aşkar nəzərə çarpır. Rusiyanın baş naziri Vladimir Putinin Gürcüstanda aparılan hərbi əməliyyatlara eyham vuraraq bunun başqalarına da yaxşı dərs ola biləcəyini qeyd etməsi belə mülahizələrə əsas verir. Təbii ki, hətta həmin eyham olmasaydı belə, MDB dövlətləri Kremlin son davranışlarının bütün postsovet məkanı üçün birbaşa mesaj olduğunu qəbul etmək məcburiyyətindədirlər. Böyük ehtimalla əksər MDB dövlətləri bundan sonra hər hansı məsələ ilə bağlı öz mövqelərini açıqlamaqdan öncə Rusiyanın tutumunu müşahidə etməyə üstünlük verəcəklər. Hətta bəzi dövlətlərin birbaşa Kremllə razılaşdırmaqla mövqe açıqlamağı daha üstün tuta biləcəkləri də istisna deyil. Belə dövlətlərə misal kimi, Orta Asiya respublikalarını göstərmək olar. Bu baxımdan, yaxın gələcək üçün MDB məkanının müəyyən keyfiyyət dəyişikliklərinin müşahidə oluna biləcəyi qətiyyən istisna deyil. Maraqlıdır ki, bəzi ekspertlər belə keyfiyyət dəyişikliklərinin MDB məkanında proseslərin əsasən iki variant üzrə inkişafına münbit şərait yarada bilər. Birinci istiqamət ondan ibarətdir ki, Kremlin hərbi-siyasi aurasının əzici təsirləri MDB məkanı dövlətləri arasında ciddi xof yarada bilər. Və xofun sonradan əksər MDB dövlətlərinin müstəqilliyinin formal xarakter daşımasına yol aça bilər. Belə ki, Rusiyanın qəzəbindən və cəza mexanizmlərindən çəkinən MDB dövlətlərinin mütləq əksəriyyətinin Kremlin birbaşa direktivləri əsasında fəaliyyət göstərmək məcburiyyətiylə barışmalı olacağı gözlənilir. Hər hansı kənar dövlətin təlimatlarını yerinə yetirmək məcöuriyyətində qalan ölkənin müstəqilliyisə, ciddi şübhələrə yol aça məsələdir. Bu baxımdan, MDB məkanında cərəyan edən proseslərin belə inkişaf istiqamətləri alacağı təqdirdə, postsovet məkanında keçmiş SSRİ-nin bir qədər fərqli modeldə bərpa ehtimalının real görüntülər almaq təhlükəsindən danışmaq lazım gələcək. Göründüyü kimi, kifayət qədər xoşagəlməz perspektivdir. Ancaq ekspertlər proseslərin ikinci variant üzrə inkişaf imkanlarına da ciddi yanaşırlar. Onların fikrincə, birinci variantın reallaşıb-reallaşmaması daha çox ABŞ və Qərbin MDB məkanında cərəyan edən proseslərə münasibətdə necə mövqe tutacağından asılı olacaq. Belə ki, ABŞ və Qərb MDB məkanında cərəyan edən prosesləri sadəcə müşahidə etməklə kifayətlənərsə, onda, Kreml Rusiyanın liderliyi altında keçmiş SSRİ-ni fərqli modeldə bərpa şansını əldən verməyəcək. ABŞ və Qərbin proseslərə siyasi-diplomatik cəhətdən fəal müdaxilə edəcəyi təqdirdəsə, Rusiyanın hərbi-siyasi aurasının yaratdığı əzici xof əkseffekt də verə bilər. Belə ki, bu halda, öz müstəqilliklərini qorumağa can atan əksər MDB dövlətləri özünə yeni müttəfiqlər axtarmağa cəhd göstərə bilər. Buna cəsarət göstərən dövlətlərinsə, özləri üçün real "təhlükəsizlik çətiri" qazanmaq məqsədilə üzlərini ABŞ və Qərbə doğru çevirə biləcəkləri tamamilə real görünür. Bu baxımdan, ABŞ və Qərbin Gürcüstanın müdafiəsi məsələsində olduğu kimi, proseslərə müdaxilədə gecikmə vərdişlərinə sadiq qalma ənənəsindən xilas ola bilib-bilməyəcəyi böyük önəm daşıyır. Onu da qeyd edək ki, ABŞ və Qərbin qətiyyətli mövqe tutması və proseslərə operativ reaksiya verməsi MDB mənanında ciddi mərkəzdənqaçma dalğası yarada bilər. Əslində, bu prosesin başlanması baxımından, münbit şəraitin yaranmaqda olduğunu iddia etmək üçün də müəyyən əsaslar mövcuddur. Hər halda, Gürcüstanın MDB-dən çıxmaq barədə qərarını artıq rəsmən elan etməsi bu məkanda başlana biləcək mərkəzdənqaçma prosesinin ilkin əlaməti də sayıla bilər. Halbuki buna qədər analoji addımların atıla biləcəyi barədə bir neçə dəfə mesajlar verilsə də, heç bir dövlət buna cəsarət göstərməmişdi. Çünki bu, xüsusilə də, ilk belə addım atacaq dövlət üçün ağır nəticələr verə bilərdi. Ancaq "islanmışın yağışdan qorxusu olmaz" prinsipiylə hərəkət edən rəsmi Tiflis digər MDB dövlətlərinin yolunu açmış kimi görünür. Çünki rəsmi Tiflisin Rusiya-Gürcüstan savaşıyla üzləşdiyi nəticələrdən ağır cəzayla üzləşmə ehtimalı, demək olar ki, yoxdur. Bu baxımdan, rəsmi Tiflisin Gürcüstanın MDB-dən çıxmaq barədə verdiyi qərarın cəzasını artıq artıqlanmasıyla əvvəlcədən aldığını düşünmək olar. Göründüyü kimi, rəsmi Tiflis Rusiyanın mövqelərinə zərbə endirmək üçün əlindəki sonuncu imkandan da artıq istifadə edib. Rəsmi Tiflisin Rusiyanın hegemonluğu altında olan bu qurumda qalmağın yolverilməzliyi ilə arqumentləşdirdiyi bu zərbənin hansı effekti verə biləcəyi barədə ehtimal irəli sürmək hələ çox tezdir. Çünki hələlik yalnız Rusiyadan ciddi şəkildə narazı olduqları şübhə doğurmayan Ukrayna və Moldovanın uyğun şərait yaranacağı təqdirdə, Gürcüstanın açdığı "cığır"la yürüməyə həvəs göstərə biləcəkləri istisna olunmur. Bu baxımdan, ümumi prosesin hansı keyfiyyəti qazana biləcəyini müəyyənləşdirmək üçün Gürcüstan ətrafında yaranmış təhlükəli situasiyanın təsirlərinin ortadan qalmasını gözləmək lazım gələcək. Elçin XALİDBƏYLİ sherg
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər