SON XƏBƏRLƏR

Bakıda 55 mərtəbəli göydələn ucaldılır

2021.10.20, 07:36
Bakıda 55 mərtəbəli göydələn ucaldılır

Gunaz.tv
Bakıda 55 mərtəbəli göydələn ucaldılır Paytaxt "tikinti meydanı"na çevrilib Cari ilin iyul ayında Bakı şəhəri üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti 0,4% artaraq 1177,6 $/kv.metrə çatıb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 1,76 bənd artaraq 446,7 bəndində qərarlaşıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin məlumatına görə, şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi ötən aydakı 120,5 kv,m-dən 119,7 kv.m-ə (- 0,7%) qədər azalıb. Orta blok göstəricisi iyun ayındakı kimi 2,3 blok olub. Mərtəbə göstərici isə 14,9 mərtəbədən 15,1 mərtəbəyə yüksəlib. Bakı şəhəri üçün ən hündür mərtəbə 23 mərtəbə hesab edilirdisə, artıq paytaxtda 55 mərtəbəli yaşayış binasının təməli qoyulub. İyul ayında qiymət artımı Yasamal, Nərimanov, Səbayel, Xətai, Nəsimi, Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Digər rayonlarda qiymətlərdə sabitlik müşahidə edilib ("APA-Economics"). Yeni tikilən binalarda 3 otaqlı mənzillər ümumi portfeldə ən çox paya malikdir. Otaqların yerləşməsinə gəldikdə, 5 otaqlı mənzillər, əsasən şəhərin I zonasının, 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşür. İyul ayında mənzillərin orta sahəsi 1 otaqlılar üzrə 58,6 kv.metr (ötən ay 58,7), 2 otaqlılar üzrə 92,8 kv.metr (ötən ay 92,7), 3 otaqlılar üzrə 133,4 kv.metr (ötən ay 135,7), 4 otaqlılar üzrə 180,8 (ötən ay 180,4), 5 otaqlılar üzrə isə 257,9 kv.metr (ötən ay 233,8) təşkil edib. İyul ayında Bakıda tikintisi davam etdirilən yeni tikililərin sayı ötən bir ayla əvvəllə müqayisədə 1,98% artaraq 566-ya çatıb. Bu binaların inşası 215 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, 2008-ci ilin I yarısında ölkənin şəhər və rayonlarının icra hakimiyyəti orqanları tərəfindən tikinti işlərinin aparılmasına 1274 icazə verilib. Onların 29-u Bakı şəhəri ərazisində çoxmərtəbəli binaların tikintisinə aiddir. Ymumi sahəsi 608 454 kv.m. olan 730 fərdi evin, 4 sənaye müəssisəsinin, 479 ticarət və xidmət obyektinin, 20 mehmanxana və restoranın, həmçinin 7 nəqliyyat və rabitə, 3 təhsil və 7 səhiyyə müəssisəsinin və s. inşa edilməsinə rüsxət verilib. Dövlət strukturları 11 obyektin ucaldılmasına icazə alıb. Beləliklə, Bakı nəhəng "inşaat meydanı"na çevrilməkdə davam edir. Azərbaycanın tanınmış memarı, əməkdar inşaatçı Emil Axundov isə hesab edir ki, "Bakını sakit buraxmaq lazımdır". E.Axundova görə, əgər quş uçuşundan paytaxta baxsaq, iki Bakı görərik:"Şəhərin birinci neft bumu dövründə neft sənayeçiləri və mesenatlar tərəfindən tikilən hissəsi "Şərqin Palmirası" adlanır, Bakının ikinci hissəsi isə, təəssüf ki, simasız, beton "arxitekturası"dır". Bu günlərdə mediaya açıqlamasında ekspert bildirib ki, Bakıda 2-3 dəfə artıq əhali yaşayır. Əgər 1985-ci ildə paytaxtın mərkəzində əhalinin sıxlığı 1 hektara 100-110 nəfər idisə, indi bu göstərici 1 hektara 350-400 nəfərə çatıb. Dünya praktikasından isə bəllidir ki, bu, paytaxt infrastrukturu üçün ciddi problem yaradır. Belə şəhəri idarə etmək çətindir və bəzən nəzarətdən çıxa bilir. Memar şəhər quruculuğu normalarının pozulması ilə aparılan yeni yaşayış binalarının tkintisindən xüsusilə narahatdır:"Şəhərin Baş Planı praktiki olaraq öz mövcudluğunu dayandırıb". Onun sözlərinə görə, tikinti norma və qaydalarına görə, binaların hündürlüyü 9 mərtəbəni keçməməlidir:"Lakin 20 mərtəbəli və daha hündür binalar tikilir. Hündürlük normativlərinin gözlənilməməsi və binalar qəbuledilməz şəkildə bir-birinə yaxın tikilməsi, təbii ki, şəhərin müəyyən sahələrində əhalinin sayının kəskin şəkildə artmasına səbəb olur" (Day.az). E.Axundova bir daha Bakının seysmik baxımdan təhlükəli - Rixter şkalası üzrə 8-9 ballıq tektonik zonada yerləşdiyini xatırladıb. "İndiki Bakıda yaşamaq getdikcə çətinləşir və mürəkkəbləşir, şəhər komfortunu itirir. Paytaxtın 4 milyonluq əhalisi 2 milyonluq şəhərin infrastrukturundan istifadə edilir",-deyə memar bildirir və Azərbaycanın paytaxtının köçürülməsini təklif edir. L.Hüseynli express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar