SON XƏBƏRLƏR

İranda insan haqları pozulması və edam faktları barədə yeni açıqlama

2021.10.20, 07:36
İranda insan haqları pozulması və edam faktları barədə yeni açıqlama

Gunaz.tv

GünAz TV: İranda 2011-ci ildə insan haqlarının 1 milyon 120 min 77 dəfə pozulması faktı qeydə alınıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə İran İnsan Haqları Fəalları (HRANA) təşkilatı bəyanat yayıb. Təşkilat ötən il ərzində İranda 529 məhbusun edam edildiyini, 597 siyasi fəalın məhkəmə qərarı ilə azadlıqdan məhrum olunduğunu, 4615 vətəndaşın isə müvəqqəti həbs edildiyini açıqlayıb.

 Bəyanatda edam edilənlərdən 323 nəfərinin kişi, 6-nın qadın olduğunun dəqiqləşdirildiyi, qalanlarının cinsiyyəti barədə məlum əldə etməyin mümkün olmadığı bildirilir. Edam edilənlərdən 76 faizi narkotik (müxəddir maddələri) maddələrin alğı-satqısı və istifadəsində, 11 faizi təcavüzdə, 5 faizi isə adam öldürməkdə təqsirləndirilib.

Ölüm hökmlərinin 13 faizi Tehranda, 12 faizi Qərbi Azərbaycanda, 10 faizi isə Xorasanda icra edilib.

 Edam cəzasına məhkum edilənlərdən 61 nəfəri isə əfv olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar