SON XƏBƏRLƏR

İranda 30 nəfərin millət vəkilliyi namizədliyi ləğv edilib, aralarında Əkbər Ələmidə var

2021.10.20, 07:36
İranda 30 nəfərin millət vəkilliyi namizədliyi ləğv edilib, aralarında Əkbər Ələmidə var

Gunaz.tv

GünAz TV: İranın Konstitusiyaya (Anayasa) Nəzarət Şurası 35 nəfərin deputatlığa (millət vəkilliyə) namizədliyini ləğv edib.

Onlardan 30-u hazırda millət vəkilidir. Bu barədə İran mətbuatı məlumat yayıb.

 

Onların arasında İran parlamentində Azərbaycan şəhərlərini təmsil edən deputatlar da var. Namizədliyi ləğv edilən deputatlar bunlardır:

 

 1. Əli Mütəhhəri (Tehran)

 2. Əli Abbaspur (Tehran) – İran parlamentinin enerji komissiyasının sədri

 3. Həmidrza Katuzian (Tehran)

 4. Əlirza Məhcub (Tehran)

 5. Ənuşirəvan Möhsünibənd (Çalus və Noşəhr)

 6. Daryuş Qənbəri (İlam)

 7. Məhəmməd Mehdi Şəhriyari (Bocnurd)

 8. Həmid Xəstəbənd (Bəndər  Ənzəli)

 9. Abbasəli Nura (Zabul)

 10. Davud Məhəmmədcani (Fars)

 11. Mustafa Məturzadə (Xürrəmşəhr)

 12. Abdulcabbar Kərəmi (Sənəndəc)

 13. İqbal Məhəmmədi (Mərivan və Sərvabad)

 14. Əhmədrza Dəstğeyb

 15. Əli Əsgər Həsəni (Larestan)

 16. Müsəlrza Sərvəti (Bocnurd)

 17. Seyid İmad Hüseyni (Qürvə və Dehgülan)

 18. Seyid Mehdi Sadiq (Astana Əşrəfiyə)

 19. Fatimə Acırlu (Kərəc)

 20. Səməd Mərəşi (Rudbar)

 21. Qüdrətullah Əlixani (Qəzvin)

 22. Fərhad Dəlqpuş (Astara)

 23. Məcid Nəsirpur (Sərab)

 24. Nadir Qazipur (Urmiya)

 25. Yunis Əsədi (Meşkinşəhr (Xiyav))

 26. Vəkil Sepəh Acırlu (Muğan)

 27. Cəlal Mahmudzadə (Mahabad (Qoşaçay))

 28. Süleyman Cəfərzadə (Maku və Çaldıran)

 29. Əli Zəncani (Nəqədəh (Sulduz))

 30. Qəffar İsmaili (Həştrud və Çaroymaq)

 

 Bundan əlavə, sabiq deputatlar - Təbriz şəhərindən iki dəfə İran parlamentinə millət vəkili seçilmiş Əkbər Ələmi, Süheyla Cəludarzadə və Məryəm Behruzinin də namizədlikləri ləğv olunub. Onların dörd gün müddətində İranın Konstitusiyaya Nəzarət Şurasına etiraz etmək hüququ var.

 

Qeyd edək ki, İranda IX çağırış parlamentinə seçkilər 2012-ci il martın (March) 2-də keçiriləcək. Ümumilikdə 5283 nəfər deputatlığa namizədliyini irəli sürüb. Onlardan 390 nəfəri qadındır. İran prezidenti Mahmud Əhmədinejadın bacısı Pərvin Əhmədinejad da Germsar şəhərindən namizədliyini irəli sürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar