SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Abbas Nəzəri məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Abbas Nəzəri məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Əhər şəhəri məktəblərinin müəllimi azərbaycanlı fəal Abbas Nəzəri bu şəhərin inqilab məhkəməsinin 1-ci şöbəsinə çağırılıb.

 

O, 2012-ci il yanvarın 12-də (1390-cı il deyin 22-də) məhkəmədə hazır olmalı və özünü müdafiə etməlidir.

 

Qeyd edə ki, Nəzəri Milli Qiyamın (Xordad hadisələri) birinci ildönümü mərasimininin keçirilməsinə hazırlıq gedən bir zaman 2007-ci il mayın 21-də (1386-cı il ordiobeheştin 31-də) təhlükəsizlik qüvvələri tərəfindən öz şəxsi evində tutuqlanıb və Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilib. O, 30 gün saxlanılıb və sorğu-suala tutulduqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Lakin hakim naməlum səbəbdən o dümən tutuqlanan milli mədəni fəallar, xüsusi ilə Abbas Nəzərinin dosyesinə hələdə baxmayıb və onların vəziyyəti naməlum olaraq qalıb.

 

Nəhayət ki, adını çəkdiyimiz azərbaycanlı fəalın ozünün təşəbbüsü əsasında məhkəmə dosyeyə baxmaq qərarına gəlib və onu məhkəməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar