Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
(Əvvəli ötən sayımızda) Azərbaycanlı vətənpərvər bir tərəfdən Qarsın çevrəsində, Ərzurum, Ərdəhan, Otul mahallarında rus və ermənilərin törətdikləri faciələrdən zərər çəkən Anadolunun dinc sakinlərini, uşaqlarını bir yerə yığıb onlara öz qardaş yardımını edir, digər tərəfdən Nargində baxımsızlıqdan, aclıqdan, xəstəlikdən əziyyət çəkən əsirlərin qaçırılmasını həyata keçirirdilər. Həm də düşünürdülər ki, hərbi təcrübəsi olan türk əsirləri ordu formalaşdırmaqda Azərbaycana yaxından kömək edər, öz döyüş bacarıqlarını onlara təlqin edə bilərlər. 1939-cu ildə nəşr olunan "Azərbaycan yurd bilgisinin Cümhuriyyətin ildönümünə həsr etdikləri xüsusi buraxılışda Mirəziz Səidlinin "28 May İstiqlal yolunda azəri tələbələri" məqaləsində Nargin adasından əsirlərin qaçırılmasında göstərdikləri fəaliyyətdən bəhs edir. Rusiyanın müxtəlif bölgələrində təhsil alan azərbaycanlı tələbələrin bolşevik inqilabı ərəfəsində vətənə dönərək, millətə öz xidməti borclarını ödəmək üçün "Qafqaz müsəlmanları tələbələri" cəmiyyətini qurduğunu xatırlayan müəllif qarşılarında üç mühüm vəzifənin dayandığını yazır: "Qafqaz Müsəlmanları Qurultayında iştirak etmək, Nargin adasındakı türk əsirlərini qaçırmaq və əsgəri təlim görməmiş azəri türklərindən könüllü əsgər toplamaq". Türk əsirlərinə yardım edən gizlin cəmiyyətin sırf tələbələrdən ibarət olmadığını yazan M.Səidli xatırlayır: "Biz orada bir neçə nəfər idik. Bir neçə imkanlı ailənin xanımlarının da bu işə köməyi dəyirdi. Bu xanımlar yeməklə bərabər əsgərlərə silah və elektrik cib lampaları daşıyırdılar. Gecəyarısı adanın sahillərində pusquda duran təşkilat üzvlərimiz qayıqları lampa işığında üzdürərək, səssiz bir neçə türk əsirini qaçırdıq. Bir gün 16 zabit qaçırıldı. Zığ burnunda bağlanan qayığı dalğalar gecə qoparıb dənizin içərilərinə aparmışdı. Gündüz rus nəzarətçiləri bu qayığı çevirmişdilər. Həmin gün rus qəzetləri sevindirici xəbər verirdilər: "Bu gecə Nargin adasından 16 türk zabiti qaçmaq təşəbbüsü bulmuş, fırtına isə qayığı çevirmiş, zabitlər boğulmuşlar". Halbuki qaçırılan zabitlər "Cəmiyyəti Xeyriyyə" ("İslamiyyə") binasında istirahət etməkdə idilər. Demək, qaçırılanların izini Xəzər dənizi "yumuşdu". Müsəlman Milli Komitəsinin və Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Nargin əsirləri ilə əlaqələrinə, Sibir çöllərindəki əsir düşərgəsindən qaçaraq Azərbaycana gələn, Türkiyəyə hərbi yardımla bağlı Azərbaycan nümayəndə heyətinin tərkibinə qatılan Hüsaməddin Tuğac "Bir nəslin dramı" memuarında da toxunub. Hüsaməddin Tuğac yazır ki, Milli Komitənin sədri Əlimərdan bəy Topçubaşovun köməkçisi Mirzə Davudla birgə fəaliyyət göstərirdim. Mirzə Davud əsir türklərlə əlaqə qurmaq üçün mənə Mirməmməd adlı bir nəfərin kömək göstərəcəyini söylədi. Mirməmməd əvvəllər də Milli Komitə mərkəzi ilə Nargin adasındakı türk əsirləri ilə əlaqə işini görmüşdü. Bakı zənginləri arasında milli mövqeyi ilə seçilən Murtuza Muxtarov da əsirlərin qaçırılması işində bilavasitə yaxından iştirak edirdi. Ağsaqqal yazıçı Qılman İlkin nəql edir ki, M.Muxtarov həbs düşərgəsinə gedərək əsirləri ölü adı ilə qaçırır, daşı kisələrə doldurub həmin "ölüləri" ilə əvəzləyib dənizə atdırırmış. Bu hadisələrə bənzər xeyli sayda faktları dilə gətirib yazıya almaq da mümkündür. Azərbaycanın və Türkiyənin arxivlərində saxlanılan faktlar isə yetərincədir, inanırıq ki, gələcək tədqiqatçılar zaman-zaman bu fondların materialından yararlanacaq, daha dolğun əsərlər yazacaqlar. 1917-ci ilin əvvəlindən başlayaraq Sibir çöllərindən, Rusiyanın müxtəlif bölgələrindən, Nargin adasından türk əsirlərin qaçırılması, yaxud onların müxtəlif yollarla bu əsarətdən xilas olmalarında dönüş yarandı. Azərbaycan Mərkəzi Tarix Arxivinin 495-ci fondunun 77 s. qovluğunda saxlanılan sənədlərin araşdırılması zamanı 1917-ci ilin yanvarından dekabrın sonunadək 500 nəfərdən artıq əsir zabit və əsgərin qaçırılması, yaxud qaçması faktı öz əksini tapır. Sənədlərin təftişi nəticəsində əsirlərin Rusiya ərazisində saxlanılma məkanları, onların ucuz işçi qüvvəsi kimi ağır işlərdə çalışması, çətin yaşayış şəraiti barəsində müəyyən qənaətlərə gəlmək mümkündür. Nargin adası komendantlığına, Bakı Şəhər Polis İdarəsinə göndərilən teleqramlarda əsirlərin Astarxanda, Petrovskdə, Kutaisidə, Dərbənddə, Tbilisidə, Ərzurumda, Sarıqamışın özündə müxtəlif ağır işlərdə çalışmaları barədə məlumatlar var. Bakı Şəhər Polis İdarəsinə və Nargin komendantlığına Əlahəzrət İmperatorun Qafqaz canişinliyi köməkçisinin 3 noyabr 1917-ci il tarixli teleqramında Kutaisi həbs düşərgəsinin məhbusları Mehmet Bəkirbailin, Şaban Airoğlunun, Yusuf Takerin qaçması haqda məlumat daxil olub. Teleqramın məzmunundan bəlli olur ki, bu üç əsir Bakolovada tütün plantasiyalarında çalışıb, 7 iyun 1917-ci ildən isə qaçıblar. Türk əsirlərinin böyük bir hissəsi Tiflisdə 1-cə Fəhlə Batalyonunda, Bakıdakı 21 və 27-ci İnşaat batalyonlarında ağır işlərə cəlb olunublar. Sənədlərdə əsirlərin bəzən ad və soyadları, ata adları bütövlükdə yazılmır, yaşları təqribi göstərilir. Bütün bunlar onu sübut edir ki, əsir həyatı yaşayanların qeydiyyatı hərtərəfli şəkildə aparılmayıb. 1917-ci ilin elə ilk günlərində 27-ci Qafqaz Fəhlə batalyonundan 1915-ci ilin 6 noyabr tarixindən 1916-cı ilin dekabrınadək olan müddətdə 14 əsirin qaçması haqqında axtarış elan edildi. Batalyon komandirinin Bakı Şəhər Milis İdarəsinə, Nargin adası həbsxanası komendantına göndərdiyi məlumatda bu əsirlərin tapılması xahiş olunurdu. Ərzurum, Sivas, İzmir, Van, Ankara bölgələrindən olan bu məhbusların əlamətləri də tərtib olunan siyahıda əksini tapmışdır. Çox keçmədi ki, məhz sözügedən batalyon özünün növbəti axtarış elanını verməli oldu. 1917-ci ilin yanvar ayının 12-də hərbi fəhlə batalyonunu 13 nəfər, ayın 20-də isə daha 5 nəfər mühasib vaxt seçərək rus əsarətindən xilas olmuşdu. Vaxtilə Nargin həbsxanasında məhkum olmuş, sonra isə Petrovskə göndərilən əsir Mehmet Mustafa oğlunun düşərgədən qaçması barəsində 9 avqust 1917-ci ildə Bakı Şəhər Polis İdarəsinə telefonoqramma daxil olmuşdur. Axtarış üçün elan olunan məlumatda əsirin tapılacağı təqdirdə Nargin həbsxanasına, ya da Dağıstana göndərilməsi tələb olunurdu. Sentyabrda qaçan əsirlərin statistikası getdikcə artmağa başladı. Belə ki, sentyabrın 1-də Sarıqamışdan göndərilən məlumata görə, həbsxanadan 3 əsir, sentyabrın 5-də Ərzurum dəmir yolunda çalışan 6 nəfər məhbus qaçmışdır. Sənəddə Ərzurum vilayətinin sakinləri olan bu əsirlərin doğulduğu kəndlərin adı, əynində geydikləri paltar, xarici görünüşü barəsində məlumatlar verilirdi. Tuçi kəndindən İbrahim Həsən oğlu, onun həmkəndlisi 25 yaşlı Abdul Rəcəb oğlu, Göynəşi kəndindən Şövqi Ahmet oğlu, Trapezunddan Şaban Zakir oğlu, Tortumun Repanus kəndindən Mustafa İsmayıl oğlu, Hulumet Həmid oğlu əsir siyahısında axtarışa verilmişdi. Bu hal iki gündən sonra yenə də təkrar oldu, üç nəfər yenidən Ərzurum dəmir yolunda işçi qüvvəsi olmaqdan qurtularaq qaçdı. 1917-ci ilin sentyabr ayı boyunca 7 dəfə müxtəlif düşərgələrdən əsirlərin qaçışı baş verdi. Tiflisdən sentyabr ayının13-də alınan teleqramda Hüseyn Vəlinin, Zakir Kadırın 1-ci fəhlə batalyonundan qaçdığı barəsində məlumat verilir və xahiş olunur ki, adıçəkilən əsirlər tapılarsa, Nargin həbs düşərgəsinə təhvil verilsin. Sarıqamışdan əsirlərlə bağlı verilən məlumatlardan aydın olur ki, əsirlər içərisində rus dilində danışan əsir türklər də var. Məhz bu əsirlərin daha təhlükəli olduğu da diqqətə gətirilir, onların Türkiyə tərəfdən əhali arasında kəşfiyyat işlərinə cəlb olunma ehtimalı da nəzərə alınırdı. Rusiyada baş verən ciddi siyasi qarşıdurmalar, bolşeviklərin inqilabi hərəkətləri və Birinci Dünya savaşının sona yetməsi əsir türklərin qaçırılması və ya münasib şəraitdən istifadə edərək düşərgələri tərk etmələri üçün zəmin yaratdı, oktyabr ayında bu iş daha da sürətləndi. Oktyabr ayı ərzində 5 dəfə müxtəlif vaxtlarda həbsxanalardan qaçma faktı qeydiyyata alındı. İlk əsir qaçqınlar oktyabrın 2-də Sarıqamış düşərgələrini tərk etməklə yadda qaldı. 23 yaşlı Yusuf Alı oğlunun, Şakin Mehmet oğlunun, 18-19 yaşlı Şaban Dərvişin, Alişan Dərvişin qaçması barəsində Bakı Şəhər Polis İdarəsinə məlumat verilirdi. 7 oktyabrda Ərzurum dəmir yolunda çalışan üç əsir də əsarətdən yaxa qurtardı. Növbəti günlərdə 9 əsirin qaçması da 1-ci fəhlə batalyonu komandirinə bəlli oldu. Noyabr ayı boyunca da əsirlərin qaçışı barəsində silsilə xəbərlər alındı və sənədlərdən bəlli olur ki, bu əsirlərin axtarıb tapılması barəsində elə də ciddi axtarış-əməliyyat tədbirləri həyata keçirilməyib. Ölkədə baş verən proseslər artıq əsirlərin qəfəsdə və ciddi nəzarət altında saxlanılması üçün yetərli deyildi. Əsirlər də yaranmış vəziyyətdən istifadə edir, Türkiyəyə dönür, bəziləri isə Azərbaycanda yaşamağa üstünlük verirdi. Erməni və bolşevik birləşmələrinin Azərbaycan xalqına qarşı apardıqları soyqırım hərəkətlərinin qarşısını almaq üçün bölgələrdə qurulan müqavimət hərəkatına qoşulan əsir türklər öz hərbi biliyini yerli xalqa öyrətməklə məşğul olurdular. Noyabr ayının 21-də 28-ci Qafqaz Fəhlə Batalyonu komandiri növbəti qaçın dəstəsi haqda Nargin adası həbsxanası komendantına və Bakı Şəhər Polis İdarəsinə məlumat verdi. Bu, indiyə qədər olan əsir qaçışlarından kütləviliyinə görə fərqlənirdi. Belə ki, bir gecədə düşərgəni nə az, nə çox, 81 nəfər tərk etmişdir. Əsirlərin sayı və adı, soyadları, həmçinin xarici görünüşləri barəsində yalnız konkret məlumatlar verilirdi. Dekabr ayının 4-də isə Nargin adası həbsxanası komandanı, kapitan Zilov 603 saylı telefonoqramını Bakı Şəhər Milis İdarəsinə ünvanlandı. Telefonoqramdan bəlli olur ki, dekabrın 3-dən 4-nə keçən gecə türk zabiti Aliabdin və sıravi əsgər Abdulla İman bir yerdə düşərgədən qaçmağa müvəffəq olmuşlar. Bu əsirlərin təcili tapılması xahiş olunsa da, sənədlərdən bəlli olur ki, axtarışlar heç bir nəticə verməmişdi. Qeyd etmək yerinə düşər ki, 1915-ci və 1916-cı illərə nisbətən 1917-ci ildə həbsxanadan qaçan əsirlərin sayı arasında çox böyük fərqlər var. Bu da Azərbaycanda vətənpərvər qüvvələrin fəallığının artması, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin və "Qardaş köməyi" fəallarının apardıqları işinin səmərəli olması, həmçinin Rusiyada baş verən gərgin siyasi-hərbi vəziyyətlə əlaqədar idi. Rusiya İmperiyasının çöküşünü görən Bakıda olan Danimarka və İsveç konsullarının Nargin adasında əsirlərin çətin vəziyyəti ilə bağlı Bakı Şəhər Dumasına etdikləri müraciət bəyanat xarakteri daşıyırdı. Bəyanatda Nargində tibbi ləvazimatın, ərzaq və geyimin, içməli suyun olmaması, həmçinin rəhbərliyin qeyri-insani münasibəti barəsində narahatçılıq əks olunurdu. Qeyd edək ki, 1917-ci ilin sonlarında Türkiyədən Rusiyaya gələn Yusuf Akçura Qafqazdakı əsir türklərin vəziyyətinin öyrənilməsi, onlara xeyriyyə cəmiyyətləri və beynəlxalq Qızıl Xaç Cəmiyyətləri vasitəsilə kömək olunmasını İsveçin Rusiyadakı diplomatik korpusundan xahiş etmişdir. Görünür, Yusuf Akçuranın bu müraciəti də məsələnin Şəhər Dumasında müzakirəsi üçün əsas olmuşdur. 1917-ci ilin sonu olmasına baxmayaraq, Nargin adasında 8 min əsir vardı. "Bəsirət" qəzetinin 22 noyabr 1917-ci il tarixli sayında Nargin həbs düşərgəsində 8 min əsirin böyük əksəriyyətinin türklər olduğu qeyd edilir. (Davamı gələn sayımızda) Akif Aşırlı sherg
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər