SON XƏBƏRLƏR

Türkiyənin sabiq prezidenti Kənan Evreni ömürlük həbs cəzası gözləyir

2021.10.20, 07:36
Türkiyənin sabiq prezidenti Kənan Evreni ömürlük həbs cəzası gözləyir

Gunaz.tv

GünAz TV: Türkiyənin sabiq prezidenti, Baş Qərargah rəisi vəzifəsində 1980-ci il sentyabrın (September) 12-də hərbi çevrilişə rəhbərlik edən 94 yaşlı Kənan Evreni qiyam təşkil etmək ittihamı üzrə ömürlük həbs cəzası gözləyir.

Ankaranın cinayət işləri üzrə məhkəməsi çərşənbə axşamı Evrenə qarşı ittiham qərarını baxılması üçün qəbul edib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər yayıb.

80 səhifəlik ittihamda qeyd edilir ki, 1980-ci il çevrilişindən sonra Türkiyə Prezidenti olan Evren və Şahinkaya qanuni hökuməti devirmək məqsədilə sui-qəsd təşkil edərək cinayət törədiblər.

İttihamda o da bildirilir ki, onlar həm çevriliş təşkil etmək, həm də hərbi rejim dövründə geniş tətbiq edilən işgəncələrə görə Cinayət Məcəlləsinin ciddi rejimdə ömürlük həbs cəzasını (həbsxanada) nəzərdə tutan 80 və 146-cı maddələrinə əsasən məsuliyyət daşımalıdırlar.

Çevrilişin iştirakçılarından yeganə sağ qalan Türkiyənin keçmiş prezidenti və HHQ-nin sabiq baş komandanının (fərmandeh) məhkəmə prosesinin (sürəc) başlama vaxtı hələlik məlum deyil.

Evren Ankara məhkəməsinin qərarına münasibətini bildirməyib. O, əvvəl bəyan edib ki, əgər məhkəməyə cəlb edilsə, intihar edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar