SON XƏBƏRLƏR

Dennis Ross: “Obama İranı vurmağa hazırdır”

2021.10.20, 07:36
Dennis Ross: “Obama İranı vurmağa hazırdır”

Gunaz.tv

GünAz TV: Dennis Ross dünən verdiyi müsahibədə Obamanın İranın nüvə silahı əldə etməsini dayandırmaq üçün onu vurmağa hazır olduğunu deyib.

Obamanın İran üzrə keçmiş məsləhətçisinin fikrincə, heç kimin şübhəsi olmamalıdır ki, ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün sanksiyalar (təhrim) və diplomatik danışıqlıqlar fayda verməzsə, hərbi gücdən istifadə edəcək.

Obama nüvə ilə silahlanmış İranı  beynəlxalq təhlükəsizliyə çox böyük təhlükə sayır. Bu barədə ANN.Az, “businessweek”-ə istinadən xəbərə yayıb.

İki il Obamanın Milli Təhlükəsizlik Şurasında xidmət edən, bir il isə Hillari Klintonun İran üzrə xüsusi məsləhətçisi olan Dennis Ross dünən verdiyi müsahibədə Obamanın İranın nüvə silahı əldə etməsini dayandırmaq üçün onu vurmağa hazır olduğunu deyib.

Ross Obama Administrasiyasının (hökumət) nüvə silahına sahib İranın hərbi əməliyyatlardan daha təhlükəli olduğunu hesab etdiyini deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar