SON XƏBƏRLƏR

Vaşinqton, Paris və BMT İrana xəbərdarlıq etdilər

2021.10.20, 07:36
Vaşinqton, Paris və BMT İrana xəbərdarlıq etdilər

Gunaz.tv

GünAz TV: Fransa İranın uranın zənginləşdirməsini qətiyyətlə pisləyərək bildirir ki, bu hərəkət Tehrana qarşı yeni sanksiyaların (təhrim) tətbiq olunmasına gətirəcək.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə Fransa XİN-in (xarici işlər naziri) nümayəndəsi Romen Nadal deyib. O bildirib, “Tehranın yeni təxribatı bizi vadar edir ki, Avropadakı müttəfiqlərimiz və digər tərəfdaşlarımızla İrana qarşı yeni və sərtliyi görünməmiş dərəcədə olan sanksiyalara əl ataq”.

 Gözlənilirdi ki, Avropa İttifaqı İrana qarşı neft embarqosunu (təhrim) yanvarın (January) 30-da Brüsseldə keçiriləcək Aİ (Avropa İttifaqı) xarici işlər nazirlərinin sammitində (zirvə görüş) elan edəcək. Lakin Aİ bu görüşü yanvarın 23-də keçirməyi qərara alıb.

ABŞ Dövlət Departamentinin (Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi) nümayəndəsi Viktoriya Nuland keçirdiyi brifinqdə (cələsə)  bəyan edib ki, İranın 20 faizə qədər uranın zənginləşdirməsinə başlaması bu ölkənin üzərinə götürdüyü öhdəlikləri pozması deməkdir. Onun sözlərinə görə ABŞ hadisələrin bu səpkidə inkişaf etməsinə hazır idi və Vaşinqton nüvə proqramı ilə bağlı proseslərin gedişatını diqqətlə izləyir.

 İranın uranın zənginləşdirməsinə başlaması ilə narahatlığını BMT-nin Baş Asambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) nümayəndəsi Martin Heriski də bildirib. O deyib ki, İran nüvə proqramının dinc xarakter (mahiyyət) daşıdığını sübut etməli və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməlidir.

 Xatırladaq ki, Beynəlxalq Atom energetikası agentliyinin (MAQATE) və BMT-nin nümayəndəsi təsdiq edib ki, İran Fordu dağının içində tikdiyi yeraltı nüvə obyektində (atom təsisatı) uranın zənginləşdirməsinə başlayıb.

 İranın nümayəndəsi Əli Əsgər Soltaniye SkyNews telekanalına bildirmişdi ki, Fordu dağının içindəki tunellərdən ibarət kompleksdə uranın 20 % qədər zənginləşməsi aparılır.

 Verilən məlumatda deyilir ki, ABŞ və İsrailin arsenalında (təslihat anbarı) olan yeraltı bunkerləri (pənahqah) yox etmək üçün raketlər, Fordu dağının içində, 80 metr dərinlikdə yerləşən obyekti yox etməyə qadir deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar