SON XƏBƏRLƏR

Prezidentlərin görüşünün vaxtı bəlli oldu

2021.10.20, 07:36
Prezidentlərin görüşünün vaxtı bəlli oldu

Gunaz.tv

GünAz TV: Rusiya Prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın bu il Soçidə keçiriləcək görüşünün vaxtı məlum olub.

 

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Soçidə 23-24 yanvarda (January) baş tutacaq. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar üçtərəfli formatda keçiriləcək görüşün əsas mövzusu olacaq. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

 

Xatırladaq ki, Dmitri Medvedyevin vasitəçiliyi ilə İlham Əliyev və Serj Sarkisyanın son görüşü iyunun (June) 24-də Kazanda baş tutmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar