SON XƏBƏRLƏR

Vurğun Həsənli: “Azərbaycanın Amerikada lobbiçilik fəaliyyəti olduqca aşağı səviyyədədir”- Müsahibə

2021.10.20, 07:36
Vurğun Həsənli: “Azərbaycanın Amerikada lobbiçilik fəaliyyəti olduqca aşağı səviyyədədir”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, sabiq diplomat,siyasi şərhçi Vurğun Həsənlidir.

 

- Vurğun bəy, Amerika Konqresinin separtçı (bölücü) Qarabağ rejiminə maddi yardım ayırmasını necə dəyərləndirirsiniz?

 

- Əslində ABŞ-ın (Amerika Birləşmiş Ştatları)  bu məsələdəki mövqeyi, Konqresdəki (məclisdəki) ermənipərəst senatorların səyi nəticəsində olduğu kimi qiymətləndirməmək lazımdır. Çünki, ABŞ istməzsə o konqresdən heç bir qanun çıxa bilməz. Əgər ABŞ, düşünsə ki, bu qərar onların əleyhinədir, o zaman dövlət bütün vasitələrdən istifadə edərək onun Konqresdə əngəllənməsinə nail ola bilər. Birincisi Azərbaycanın ABŞ-da lobbiçilik fəaliyyəti olduqca aşağı səviyyədədir. Biz ABŞ-da güclüyük deməklə, güclü olmayacağıq. Əsas budur ki, ABŞ Azərbaycanın işğal altındakı torpaqlara dövlətlərə ayırdığı yardım qədər yardım ayırır və Dağlıq Qarabağa ayrılan yardım “dövlət” statuslu yardımdır.

 

- Siz bunun səbəbini nə ilə bağlayırsınız?

 

- Bu ABŞ-ın hər zamankı kimi, ikili siyasətin bir nümunəsidir. Eyni zamanda, bu yardımların hələ də, davam etməsi bizim üçün vacib bir mesajdır. Biz dünyanı idarə edən ABŞ-da təsir edə biləcəyimiz diasporumuzu əmələ gətirməyimizin vacibliyini bizə göstərir. Biz ABŞ-dan küssək nə dəyişər ?! ABŞ üçün Dağlıq Qarabağ problemindən daha mühüm məsələlər vardır və ABŞ təbii olaraq onlarla məşğuldur. Dağlıq Qarabağın ABŞ üçün prioritet (öncəlik) məsələ olması üçün, Azərbaycan diasporası erməni diasporası qədər güclü olmalıdır. Bu indi xəyali bir amil kimi görsənə bilər. Amma biz bunu həll etmədikcə, ABŞ-ın Konqresi Dağlıq Qarabağ üçün yardım ayırmağa davam edəcəkdir. Bunu təbii qarşılamaq lazımdır. Unutmamalıyıq ki, ABŞ milli maraqlarına zidd olarsa ən yaxın müttəfiqi İngiltərəyə belə yardım etməz. Bu ABŞ-ın xarici siyasətinin əsas prinsiplərindəndir (ilkə, əsl). Buna təəccüblənməməliyik.

 

Söhbətləşdi: Elnur Eltürk

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar