SON XƏBƏRLƏR

Ərəb Birliyi Suriya ilə bağlı ilkin hesabatı dəyərləndirir

2021.10.20, 07:36
Ərəb Birliyi Suriya ilə bağlı ilkin hesabatı dəyərləndirir

Gunaz.tv

Ərəb Birliyi Suriya ilə bağlı ilkin hesabatı dəyərləndirir

Ərəb Birliyi Suriyaya göndərdiyi müşahidə missiyasının ilkin hesabatını dəyərləndirir.Baş katib Nəbil Əl Ərəbinin sədrlik etdiyi toplantı Misirin paytaxtı Qahirədə keçirildi. Toplantıda Misir və Qətər xarici işlər nazirləri ilə yanaşı, digər üzv ölkələrin təmsilçiləri iştirak etdi.

Toplantıda müzakirə olunacaq qətnamə layihəsində Ərəb Birliyi baş katibinin müşahidə missiyasının texniki imkanlarının artırılması üçün BMT baş katibi ilə əməkdaşlıq edəcəyi bildiridi.Layihədə Qətərin müşahidə missiyasına BMT-dən də müşahidəçilərin daxil edilməsi tələbinə yer verilməyib.Mətndə həm Suriya hökuməti, həm də silahlı müxaliflər sülh planına əməl etməməkdə ittiham olunur və müxaliflərdən Ərəb Birliyi müşahidəçiləri ilə əməkdaşlıq etmələri istənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar