SON XƏBƏRLƏR

Türkiyə səfiri Fransaya qayıdıb

2021.10.20, 07:36
Türkiyə səfiri Fransaya qayıdıb

Gunaz.tv

GünAz TV: Türkiyənin Parisdəki səfiri Tehsin Bürcüoğlu dünən Fransaya qayıdıb.

Fransa parlamentinin aşağı palatasının qondarma “erməni soyqırımının” inkarının kriminallaşdırılması (cinayiləşdirilməsi) haqqında qanun qəbul etməsindən sonra məsləhətləşmələr üçün Ankaraya çağırılmış Türkiyənin Parisdəki səfiri Tehsin Bürcüoğlu dünən Fransaya qayıdıb. Bu barədə “TRT Russian” xəbər yayıb.

Türkiyənin Fransadakı səfiri Bürcüoğlu məsləhətləşmələr üçün Ankaraya çağırılmışdı.  

Dünən Parisə qayıtmış səfir adı çəkilən qanun layihəsinin Fransa Senatında qəbuluna mane olmaq üzrə işə başlayacaq.

Qeyd edək ki, Fransa Senatı Milli Assambleyanın (milli şura) təqdir etdiyi qanun layihəsinin nəzərdən keçirilməsi haqqında qərarı yanvarın (January) 10-da qəbul edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar