SON XƏBƏRLƏR

İran bir neçə Amerika casusu tutduğunu deyir

2021.10.20, 07:36
İran bir neçə Amerika casusu tutduğunu deyir

Gunaz.tv

GünAz TV: İran rəhbərliyi ABŞ-ın (Amerika Birləşmiş Ştatları) xeyrinə casusluq etməkdə şübhəli bilinən bir neçə nəfərin həbs edildiyini açıqlayıb.

Bu barədə İran dövlət televiziyası və İRNA xəbər agentliyi ölkənin İnformasiya naziri Heydər Moslehiyə istinadən məlumat verib. Kəşfiyyat və təhlükəsizlik naziri funksiyalarını (görəvlərini) da icra edən Heydər Moslehinin sözlərinə görə, casuslar İranda martın (March) 2-də keçiriləcək parlament seçkisinin gedişatına mane olmağı və ABŞ-ın planlarını həyata keçirməyi planlaşdırırmış və məlumatları internet və sosial şəbəkələr vasitəsilə ötürürmüş.

Casusların harada, nə vaxt həbs olunduğuna və onların neçə nəfər olmasına dair təfərrüatlar isə açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar