SON XƏBƏRLƏR

İranlı ayətullahdan şok “Facebook” fətvası

2021.10.20, 07:36
İranlı ayətullahdan şok “Facebook” fətvası

Gunaz.tv

GünAz TV: Yüksək vəzifəli iranlı ayətullah Lütfulla Səfi-Gülpayqani qəribə fətva verib. o, öz həmvətənlərini “Facebook” sosial şəbəkəsindən istifadə etməkdən çəkinməyə çağırıb, çünki onun məzmunu islam normalarına ziddir.

 

Bu barədə İSNA agentliyi xəbər verir.

 

“Əxlaqazidd davranışları təbliğ edən və etiqadı sarsıdan istənilən sayta daxil olma islam normalarına ziddir və qadağandır, ona görə də belə cəmiyyətlərdə iştirak günahdır”, – ayətullah Səfi-Gülpayqani bəyan edib.

 

Onun sözlərinə görə, yalnız əxlaq qaydalarına zidd hərəkətlərə meyilli olmayan dini məzmunlu saytlara daxil olmağa icazə verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar