SON XƏBƏRLƏR

İranda casusluqda ittiham edilən Amerika vətəndaşı ölümə məhkum edilib

2021.10.20, 07:36
İranda casusluqda ittiham edilən Amerika vətəndaşı ölümə məhkum edilib

Gunaz.tv

GünAz TV: İranın İnqilab Məhkəməsi bir nəfəri ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Mərkəzi Kəşfiyyat Agentliyinə casusluq etdiyinə görə ölüm cəzasına məhkum edib.

ANN.Az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, “Fars” xəbər agentliyi Əmir Mirzə Hikmətinin düşmən ölkə ilə əməkdaşlıq etdiyini və Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq etdiyinə görə ölümə məhkum edildiyini bildirib.

İran mənşəli ABŞ vətəndaşı 28 yaşlı Hikməti dekabr (December) ayında həbs olunub. İranın Kəşfiyyat Nazirliyi onu Əfqanıstan və İraqdakı ABŞ bazalarında 2011-ci ildən etibarən 10 il ərzində hazırlıq keçdiyini bildirib.

İranın məhkəmə orqanı Hikmətinin Mərkəzi Kəşfiyyat İdarəsiylə əlaqəli olduğunu, ancaq İrana zərər vermək niyyətində olmadığını etiraf etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar