SON XƏBƏRLƏR

Pentaqon: “Hörmüz boğazı bağlanarsa, İranı darmadağın etməyə hazırıq”

2021.10.20, 07:36
Pentaqon: “Hörmüz boğazı bağlanarsa, İranı darmadağın etməyə hazırıq”

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İranın körfəzdə Hörmüz boğazını bağlamaq üçün göstərə biləcəyi istənilən səylərin qarşısını qəti şəkildə almağa hazırdır və bu məqsədlə hətta hərbi güc də tətbiq edilə bilər.

 

Gün.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə “CBS News” telekanalının efirində ABŞ-ın müdafiə naziri Leon Panetta məlumat verib.

 

Hərbi idarənin rəhbəri vurğulayıb ki, İranın Hörmüz boğazını bağlaması İslam Cümhuriyyətinin ABŞ-ın cavab hərəkətlərinə gətirəcək xətti keçməsi demək olacaq.

 

“Biz buna dözməyəcəyik. Onlar boğazı bağlasalar, biz cavab verəcəyik” – deyə, L.Panetta bəyan edib.

 

Bundan başqa, ABŞ ordusunun Birləşmiş qərargah rəisləri komitəsinin sədri general Martin Dempsi bəyan edib ki, iranlılar boğazı bağlayarlarsa, ABŞ onları darmadağın etməyə hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar