SON XƏBƏRLƏR

Təbrizdə Şəhriyarın heykəli oğurlanıb

2021.10.20, 07:36
Təbrizdə Şəhriyarın heykəli oğurlanıb

Gunaz.tv

GünAz TV: İran paytaxtı Tehranda heykəllərə olunan qəsd bu dəfə Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə davam etdirilir.

 

İran mətbuatının yaydığı məlumata görə, dünən Təbrizdə “ustad Şəhriyar” Bulvarının əvvəlində qoyulan büst (heykəl, mücəssəmə) oğurlanıb.

Bu oğurluğun gecə yarısı baş tutduğu bildirilir.

 

Hələlik Təbriz şəhərinin məsulları faktla bağlı heç bir açıqlama verməyiblər.

 

Qeyd edək ki, oxşar hadisə 2010-cu ildə Tehranda ardıcıl baş vermişdi. O zaman Sattarxan, Baqirxan, Şəhriyar, ustad Moin, Şəriəti, Sənii xatəm və ... kimi heykəllər oğurlanmışdır. Maraqlı məqam ondan ibarətdir ki, hələdə qeyd etdiyimiz sözdə oğurluqların üstü açılmayıb və bu məsələ naməlum olaraq qalır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar