SON XƏBƏRLƏR

Ramin Cəbrəili (Yaşar) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Ramin Cəbrəili (Yaşar) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Ramin Cəbrəili (Yaşar) 2012-ci il yanvarın 7-də (1390-cı il deyin 17-də) Təbriz zindanından azadlığa buraxılıb.

 

2011-ci il dekabrın 31-də (1390-cı il deyin 10-da) tutuqlanan Cəbrəili, 20 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Məlumata görə, azərbaycanlı fəal ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qalıb.

 

Cəbrəilinin sözlərinə görə, Onun məhkəməsi 2012-ci il fevralın 1-i (1390-cı il bəhmənin 12-i) Calal Salehpur və Əlirza Hüseynzadə ilə birlikdə keçirilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar