“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, siyasi şərhçi Natiq Miridir.
- Natiq bəy, İran-Amerika arasında nə baş verir?
- İran-Amerika arasındakı qarşıdurmanın "psixoloji savaş" (rəvani savaş) mərhələsi yaşanır. Bu mərhələdə daha çox səbrli olan bu mərhələnin qalibi olacaq. Bu mərhələnin təsir dairəsi təkcə İran-ABŞ (Amerika Birləşmiş Ştatları) münasibətləri ilə məhdudlaşmır. Bu savaşın təsiri ABŞ və İsrailə yeni milyardlar qazandırır. Nəzərə alın ki, məhz İran təhdidi ilə ABŞ Avropanın təhlükəsizliyi adı altında raketlərdən yeni müdafiə sistemlərini Avropada yerləşdirməklə bu qitədə hələdə yeganə söz sahibi olduğunu və bütün qitəyə nəzarət mexanizmini ortaya qoydu. Digər tərəfdən, İranla qarşıdurmada olan ərəb ölkələrinə İran təhdidi ilə xeyli silah satdı və raketdən qorunmaq üçün yeni sistemlərin satışı ilə bağlı çoxmilyardlı sazişlər bağladı. Psixoloji savaşın aparılmasının əsas qayələrindən biri də budur. Məsələnin digər tərəfi isə qarşı tərəfin əsəblərinə tarıma çəkib səhv addımlara, arzuolunmaz təxribatlara yol açmaqdır. Bu cür səhvlər olduğu təqdirdə təbii ABŞ və müttəfiqlərinin əlinə tutarlı bəhanə keçəcək ki, bundan sonra da İrana qarşı hərbi əməliyyatların keçirilməsi beynəlxalq səviyyədə daha asan olacaq. Bu, sadəcə hərbi əməliyyatlara hüquqi don geyindirmək üçündür.
-Bölgədə real müharibə ehtimalı varmı?
- Müharibə ehtimalı hər an var və bunun tətikləyicisi İran daxilində gedən proseslər (sürəc) olacaq. Hələlik ABŞ İranın xarici bazarlara çıxışını qapatmaq və iqtisadiyyatını çökdürməklə sosial narazılığı tətikləyir. İran Milli Bankına qarşı embarqolar (təhrimlər), Avropanın İran neftindən imtina etməsi kimi son addımlar ölkəyə ciddi təsiri olacaq hadisələr olacaq. Bunun yaxın keçmişdə ciddi təzahürləri üzə çıxacaq. Üstəlik, İranda keçirilicək parlament (milli məclis) seçkiləri də bu etiraz prosesini alovlandıra bilər. Yəni, ABŞ İranda hakim rejimi qlobal (kürəsəl) böhran olmadan daxili proseslərin nəticəsində devirmək və dünyəvi bir dövlət qurmaq istəyir. Bu proses düşünürəm ki, ABŞ-da prezident seçkilərinədək davam edəcək. Seçkilərədək İranda ciddi sosial çaxnaşmalar baş verməsə, seşkilərdən sonra İranın nüvə təsisatı vurulacaq və bu əməliyyatların tərkib hissəsi olaraq sosial, etnik etirazlar dövrəyə girəcək.
- İrana qarşı müharibə variantı tətbiq olunacağı təqdirdə, Azərbaycan hansı addımları atmalıdır?
- Bütün hallarda hər Azərbaycanın Quzeyi və Güneyi bu proseslərə hazır olmalıdır. Əvvəla, Azərbaycan heç bir mənada İrana qarşı öz ərazisindən bir plasdarm (məkan) olaraq istifadəyə imkan verməməlidir. Çünki İranda rejimin dəyişib-dəyişməməsindən asılı olmayaraq İran Azərbaycanın qonşuluğundan çıxmayacaq və nəticə etibarı ilə bir fars rejimi digər fars rejimi ilə əvəzlənəcək. Çünki dünya bölgədə yeni bir türk dövlətinin yaranmasına hazır deyil. Digər tərəfdən nəzərə alın ki, ABŞ İran, Çin, Rusiya ilə hesablaşandan sonra sərt üzünü türk dünyasına çevirəcək. Ona görə də ABŞ istəməz ki, bölgədə Türkiyədən əlavə 50 milyonluq yeni güclü türk dövlətini də qarşısına alsın. Başqa tərəfdən, fikir versəniz görərsiniz ki, İraqda Səddam rejimini devirmək üçün kürdlərlə sövdələşməyə gedən Vaşinqton İranla bağlı prosesdə əsas etnik qrup olan Azərbaycan türkləri ilə hər hansı ciddi siyasət, bazarlıq aparmır. Təbii ki, ABŞ İranda inqilabın əsas motorunun Azərbaycan türkləri olduğunu bilir və bu amildən bir siyasi alət olaraq istifadə etmək istəyəcək. Ancaq soydaşlarımız və Azərbaycan hakimiyyəti bu məsələdə çox həssas olmalı və ola biləcək prosesdə gedişatı öz xeyirlərinə çevirməyi bacarmalıdırlar. Ancaq onu da unutmaq lazım deyil ki, "Türkün Türkdən başqa dostu yoxdur". Türk güclü bir etnos olduğundan bizi bütün zamanlarda dost deyil, həmişə rəqib görüblər.Azərbaycanın marağında olan şey bu bölgədə belə bir faciəvi müharibənin əngəllənməsidir. Təbii ki, Azərbaycan bu gücdə deyil və ona görə də Türkiyə ilə bu məsələdə koordinasiyalı (həmahəngli) hərəkət etməlidir. Eyni zamanda, müharibə nəticəsində ola biləcək humanitar (insani) köçə hazır olmalı və fəsadlara qarşı immunitet (məsuniyyət), qabaqlayıcı tədbirlər görməlidir. Bunun iqtisadi, siyasi yönü ilə bərabər, hərbi yönü də vardır. Yəni, Azərbaycan İrandan, Ermənistan və Rusiyadan ola biləcək hər cür müdaxiləyə, təxribatlara hazır olmalıdır. Bunu isə Türkiyənin köməyi olmadan etmək Azərbaycan üçün çətin olar. Ona görə də Azərbaycan-Türkiyə strateji şurası fəalişləməli və bütün problemlərlə bağlı ortaq təsəvvür formalaşdırmalı və koordinasiyalı hərəkət mexanizmi hazırlanmalıdır. Yalnız bu qardaşların bir yerdə olması bizim təhlükəsizliyimizin qarantı (zamini) ola bilər.
Söhbətləşdi: Elnur Eltürk
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası