SON XƏBƏRLƏR

Təxt-i- Süleyman işçilərinə 6 aydır maaş verilmir

2021.10.20, 07:36
Təxt-i- Süleyman işçilərinə 6 aydır maaş verilmir

Gunaz.tv

Təxt-i- Süleyman işçilərinə 6 aydır maaş verilmir

GUNAZTV:Təxti—Süleyman müdürü və Qərbi Azərbaycanın Tarixi əsərlər qoruma idarəsi arasında olan söz söhbətlə, işçiləri çətinliklə üzləşdirmişdir.  Belə ki, Təxt-i-Süleyman tarixi məcmuənin işçiləri altı aydır aylıq maaşdan məhrum qalmışlar.

Fərhad Əzizi, Təxt—Süleymanın İlamlı müdürü çox sayıda qohum və şəhərdaşlarını  qanunsuz olaraq bu tarixi yerdə işə almışdır. Bu məsələ əyalətin məsullarının narazılığına səbəb olmuşdur. Əyalət məsulları bu fikirdədirlər ki, yerli insanlar burada işləməlidirlər. Birinci olaraq yerli olmayan və işə alınan insanlar işdən çıxarılmalıdırlar. Sonra işçilərin maaşları verilə bilər. Əzizi də öz qohum və tanışlarını işdən kanarlaşdırmadığından maaşlar ödənilmir. Bu ara 60 yerli işçi ( onların 45-i fəhlədir), müdürün şəxsi mənfəətləri və əyalət məsullarıl ilə Təxt-i- Süleyman müdürünün dalaşmalarının nəticəsində altı aydır çətin vəziyyətə qalmışlar.

Təxt-i- Süleyman Tarixi əsərləri Qərbi Azərbaycan əyalətinin (Tikantəpə)Tikab şəhərinin 45 kilometrliyində yerləşir. Bu tarixi əsər İranın Uneskoda qeydə alınmış dördündü əsərdir 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar