SON XƏBƏRLƏR

Mehrdad Kərəminin ailəsi ilə qısa telefon danışığı olmuşdur

2021.10.20, 07:36
Mehrdad Kərəminin ailəsi ilə qısa telefon danışığı olmuşdur

Gunaz.tv

Mehrdad Kərəminin ailəsi ilə qısa telefon danışığı olmuşdur

 Günaz TV: Mehrdad Kərəmi öyrənci aktivist və insan haqları fəalı dünən 7 Yanvar İttilaat idarəsindən evlərinə zəng edərək anası ilə qısa telefon danışığı olmuşdur.

Artırmalıyıq, Azərbaycan universitetlərinin öyrənciləri tutuqlamadan narazılıqlarını bildirdikdən və zəngan aktivistləri ilə ailəsinin ardıcıl olaraq Mehrdad bəyin sağlığı ilə bağlı nigaran keçirdiklərini elan etdikdən sonra bu qısa telefon danışığına izn verilmişdir.  Bu qədər işin ardı tutulmasına baxmayaraq hələ də Mehrdad bəyin tutuqlanma səbəbi və ittihamları ilə  baqlı heç nə bildirilməmişdir.

Hakim Əlişahi, ailənin məhkəməyə dəfələrlə baş vurduğundan sonra valideynlərinə söyləmiş: “ Daha buraya baş vurmayın. Oğlunuz və  tutuqlanma səbəbi haqqında heç bir bilgi verə bilmərəm. Təkcə bu qədər bilin ki, oğlunuz sağdır”.  Hakim, Mehrdad bəyin universitə imtahanları haqqında söyləmiş: “ sonrakı dönəmlərdə təhsili davam edə bilər. O, bu fəaliyyətlərə qoşulanda bu günün fikrini etməli idi. Bilməli idi ki, imtahanlarına qatılmağının qarşısını ala bilərik”.

Mehrdad Kərəmi, Təbriz universitəsinin Elektrik mühəndisliyi üzrə öyrəncisidir. Universitə yarımillik (semester, term) imtahanları vaxtında İttilaat məmurları tərəfindən yaxalanmış və beləliklə bu yarımillik təhsil həzf edilmişdir.

          Bu telefon danışığı Mehrdad kərəminin Təbrizdə İttilaat məmurları tərəfindən yaxalıb və Zəngan şəhərinin İttilaatına göndərildiyindən üçüncü telefon əlaqəsi idi. O, bir dəfə Dekabrın 25-i telefon edərək Təbrizdən Zəngana göndərildiyini söyləmiş və Dekabrın 30-unda isə bir neçə saniyəlik ailəsi ilə danışa bilmişdir.

          Mehrdad Kərəmi Zənganlı Azərbaycan Milli Aktivisti və Təbriz universitəsinin öyrəncisi Dekabrın 24-u universitə avtobusundan düşdüyündə Təbriz İttilaat idarəsi və Təbriz universitəsinin qorucular bölməsinin işbirliyi ilə tutuqlanmışdır və indilikdə Zəngan İttilaatının təkadamlıq kamerasında sorğulanır.

          “Azərbaycan Tanıtım Ocağı”nın keçmiş Katibi və Azərbaycan kimliyi uğrunda mübarizə aparan Mehrdad Kərəmi, bundan öncə də dəfələrə tutuqlanmış və hədə- qorxulara məruz qalmışdır.  

Xəbəri Azərbaycan Türkcəsinə çevirdi: Günaz Tv saytı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar