Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür- Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, uluslararası siyasi şərhçi Toğrul İsmayıldır.
- İranın hərbi dairələri Türkiyəni açıq şəkildə təhdid edirlər. Hazırda iki ölkə arasında nələr baş verir?
- Beynəlxalq mətbuatda çıxan son xəbərlər işığında NATO-nun raket əleyhinə müdafiə (RƏM) sistemləri layihəsində Türkiyənin götürmüş olduğu öhdəlik və rol İranı narahat edir. Xəbərlərə görə, İranın İnqilab Qvardiyasının (Sepah) ali baş komandanı (fərmandeh) bəyan edib ki, əgər ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail İrandakı obyektlərə (təsisat) zərbə endirsə, ölkəsi NATO-nun Türkiyədəki raket əleyhinə müdafiə (RƏM) sistemlərinə hücum edəcək. Eyni zamanda, Qərbin bu layihəni, xüsusilə İrana qarşı həyata keçirmək istədiyi fikrində olan Tehran rəhbərliyinin, Türkiyənin bu sistemin ərazisinə yerləşdirməsiylə iki ölkə arasında çox istiqamətli əməkdaşlıq və dostluğa kölgə düşürdüyü yönündə iddiaları da var.Malatyanın Kürəcik mövqeyində qurulacaq olan NATO-nun Türkiyədəki RƏM səbəbiylə birbaşa olmasa da, Rusiyadan sonra İranın da hədəfi halına gəlir. Digər tərəfdən, Suriyanın də son gərginlik səbəbiylə raketlərinin istiqamətini Türkiyəyə çevirdiyi, onların Türkiyə sərhədinə yaxın olan bölgələrə yerləşdirildiyi iddia edilir.
Bu gün Türkiyə 3 istiqamətdən raket təhdidi altına girmiş görünür: Rusiya, İran və Suriya.Onu da ifadə edim ki, rəsmi Ankara mətbuatda yer alan bu xəbərlərə daha soyuqqanlı münasibət göstərir. Buna nümunə olaraq Milli Müdafiə Naziri İsmət Yılmazın açıqlamasını qeyd etmək olar. Nazir Yılmaz, şərhin İranlı siyasətçilər tərəfindən də təsdiq edilməsinin vacib olduğunu ifadə edərək, "Basından eşidib biz də onun üzərinə bir bəyanat versək doğru olmaz. Şərhin təsdiqini görək, lazım olan şərhi biz də edərik" demişdir.- Türkiyəli rəsmilərinin İran rəhbərliyinin bu tipli açıqlamalarını soyuqqanlı qarşılamasının səbəbini nə ilə bağlayırsınız?
- Türkiyə tərəfinin soyuqqanlı davranışını anlaşılandır. Lakin burada bir neçə məqama diqqət yetirmək doğru olar. Əvvəla Türkiyə NATO-nun üzvüdür və ona görə də bu alyans (birlik) çərçivəsində aldığı qərarlar uzun müzakirələr və dəyərləndirmələrdən sonra milli maraqlar müstəvisində həyata keçirilir. Bunu qonşu ölkələr də çox yaxşı bilir. Məncə işin mahiyyəti başqadır. Bilindiyi kimi, Türkiyə ilə İran bölgədə son dərəcə strateji əhəmiyyətə malik olan iki qonşu ölkədir. Avropa ilə Asiya qitələri arasında körpü vəzifəsini görən Türkiyə ilə İran, yaxın dövrdə siyasi və iqtisadi sahələrdə əməkdaşlıq içərisində olmuşdur. PKK terror təşkilatının sərhəddən təmizlənməsi və düşərgələrinin məhv edilməsi üçün də kəşfiyyat mübadiləsi davam etməkdədir.
- Maraqlıdır ki, İran və Türkiyənin münasibətlərində əsas məqamları qeyd edirsiniz, amma indi tamam başqa mənzərə yaranmaqdadır. Münasibətlərin soyuqlaşmasına səbəb olan əsas amilləri hansılardır?
- PKK Terror Təşkilatı liderlərindən Karayılanın İran tərəfindən tutulduğu sonradan da sərbəst buraxıldığı iddiaları, Türkiyənin Suriyadakı üsyançıları dəstəkləməsinə qarşı İranın xəbərdarlıq xarakterli (mahiyyətli) mesajları müəyyən narahatlıqlara səbəb olmuşdur.Bunu da xatırladım ki, Türkiyə və İran tarixin yüklədiyi miras səbəbiylə ətrafa iki dost kimi görünən, lakin əslində hər zaman rəqabət içində olan həmsərhəd ölkələrdir. Keçmişdən gələn dövlət ənənəsi əsasına görə formalaşan daxili və xarici siyasət, hər iki dövlətin bu coğrafiyada söz sahibi və liderlik iddiaları içində olmağa sövq edir.Bu çəkişmə nəticəsində Türkiyə ilə İran, həm RƏMS layihəsi məsələsi, həm də "Ərəb Baharı" prosesində (sürəc) fikir ayrılığına düşürlər. Tunis, Misir və Liviyada (Libi) rejimlərin ard-arda dəyişməsi, Suriyadakı qarşıdurmanın gedərək vətəndaş müharibəsinə çevrildiyi bir şəraitdə İran, baş verən bu yeniləşmə prosesində köhnə mövqeyini itirməmək üçün müəyyən həmlələr etməkdədir. Bunun ən açıq nümunəsini Suriyadakı qiyamları yatırtmaq üçün Əsəd rəhbərliyinə təmin etdiyi dəstəkdə görə bilirik. Çünki Əsəd rejiminin devrilməsi, İranın Livan (Lübnan) və İordaniyaya gedən ideoloji təsir dəhlizinin bağlanmasına və təsir sahəsinin daralmasına səbəb olacaq.Ankaranın Ərəb aləmindəki yeni iqtidarlara dünyəvilik və demokratiya vurğusu Türkiyənin "rol-model" olaraq nümunə olmasına, dolayısı ilə İranın bölgədən uzaqlaşdırılmasına səbəb olmaqdadır. İranın regional (bölgəsəl) mənfəətlərinə tərs düşən bu vəziyyətdə İranın Qərbə qarşı gücü zəifləyəcək və bölgədə təsir imkanları daralacaq.Bu səbəbdən Türkiyənin inqilabın qalib gəldiyi Ərəb ölkələriylə çox istiqamətli əlaqələri inkişaf etdirməsi, tərəzinin iki gözündə oturan Türkiyə və İrandan Türkiyənin nüfuzunun yüksəlməsinə İranınsa təsir sahəsinin azalmasına səbəb olacaq.Buna görə də, NATO-nun RƏM sistemlərinin Türkiyə torpaqlarında yerləşdirilməsi iki ölkə əlaqələrinin soyumağa başlaması üçün gözəl bəhanədir. Ankara hər nə qədər bu layihə də hədəf olaraq İranın göstərilməsini rədd etsə də praktikada (təcrübədə, əməldə) təhdid qəbulu İranın nüvə işlərinə görə şəkillənir. Məhz bu səbəbdən, Tehran rəhbərliyi Türkiyənin bu layihədə yer almasını ölkələrin bir-birlərinə olan etibarını zərər verəcəyini, əlaqələrin sorğulanmasına səbəb olacağını vurğulayır.Bir daha qeyd etmək istəyirəm ki, Türkiyə ilə İran bu coğrafiyada dövlət ənənəsinə sahib, tarixi miraslarını rədd etməyən iki strateji dövlətdir. Hər an dəyişən beynəlxalq konyunkturaya (şəraitə) görə iki ölkə arasındakı münasibətləri kəskin mühakimə etmək səhv olacaq. Türkiyənin sahib olduğu geostrateji güc, İranın regional mənfəətlərinə tərs düşür. Çünki rəqabət içində əməkdaşlıq edən iki ölkənin əsas məqsədi regional güc ola bilməkdir.
Söhbətləşdi: Elnur Eltürk
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir