SON XƏBƏRLƏR

Pompeo: “Biz digər ölkələrin də İran rejiminə qarşı təzyiqləri gücləndirməsini istəmişik”

2021.10.20, 07:36
Pompeo: “Biz digər ölkələrin də İran rejiminə qarşı təzyiqləri gücləndirməsini istəmişik”

Gunaz.tv

GünAzTV: Dekabrın 14-də Vaşinqtona səfər edən Kanadanın xarici işlər naziri Kristi Frilend  (Chrystia Freeland) ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Amerikanın dövlət katibi Mayk Pompeo, İranın regionun təhlükəsizliyinə qarşı çıxmasından və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasından danışıb.

 

Pompeo bildirib ki, o kanadalı həmkarı ilə görüşdə İranın regionda apardığı təxribat xarakterli fəaliyyətini müzakirə edib: “Biz, İran rejiminin bölgənin təhlükəsizliyinə qarşı yönəlmiş dağıdıcı fəaliyyəti barədə danışıqlar aparmışıq. Hesab edirik ki, İran BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrə hörmətlə yanaşmalı, onlara əməl etməlidir. Biz, həm də digər ölkələrin də İran rejiminə qarşı təzyiqləri gücləndirməsini istəmişik.

 

İranın bu günə qədər İraqda yol kənarlarında quraşdırdığı bombaların partlaması nəticəsində yüzlərlə Amerika əsgəri həlak olub. Hesab edirik ki, bütün bu əməllərinə görə İran cavabdehlik daşımalı, hesabat verməlidir”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar