SON XƏBƏRLƏR

Pompeodan İranın kosmosa peyk buraxmasına reaksiya: “Sakit qalmayacağıq!”

2021.10.20, 07:36
Pompeodan İranın kosmosa peyk buraxmasına reaksiya: “Sakit qalmayacağıq!”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın kosmosa uğursuzluqla nəticələnən peyk buraxmasına öz şəxsi “twitter” səhifəsində münasibət bildirib.

 

O, İranın bu addımla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu bildirib. Pompeo bu addımın İranın mütərəqqi raket sistemlərinə sahib olmağa çalışdığını bir daha göstərdiyini və bunun da Avropa və Yaxın Şərqin təhlükəsizliyini təhdid etdiyini qeyd edib.

 

ABŞ xarici siyasət idarəsinin rəhbəri daha sonra yaydığı bəyanatda kosmosa raket buraxılmasının “sonda İranın qitələrarası ballistik raket istehsal etmək potensialını artıracağını” deyib.

 

O, həmçinin ölkəsinin İran tərəfindən beynəlxalq qanunların kobud şəkildə pozulması qarşısında sakit dayanmayacağını bildirib: “Öz müttəfiq və tərəfdaşlarımızla İslam Respublikasının təhdidləri ilə mübarizə aparmaq üçün çalışırıq”- deyə Pompeo əlavə edib.

 

Qeyd edək ki, yanvarın 15-i İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi öz “twitter” hesabında “Pəyam” adlı peyki daşıyan raketin orbitə qalxa bilmədiyini bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar