SON XƏBƏRLƏR

Sistan və Bəlucistan əyalətində polislə silahlılar arasında atışma olub

2021.10.20, 07:36
Sistan və Bəlucistan əyalətində polislə silahlılar arasında atışma olub

Gunaz.tv

GünAz TV: İranın Sistan və Bəlucistan əyalətinin polis idarəsindən verilən məlumata görə, fevralın 13-ü axşam saatlarında polislə atışma nəticəsində 1 nəfər həlak olub.

 

Məlumatda bildirilir ki, dünən axşam saatlarında polisə nömrəsinin üzəri silinmiş şübhəli Pejo markalı avtomobilin Sərbaz- İranşəhr istiqamətində hərəkət etdiyi barədə məlumat daxil olub. Bundan sonra yaradılmış xüsusi əməliyyat qrupu avtomobili gizli olaraq təqib edib.

 

Təqib zamanı digər 2 avtomobil də şübhəlilərə qoşulub. Onlar yolda dayanaraq, əyalətin kəndlərindən birində bir evə şübhəli bağlama veriblər. Həmin ev sahibi polis tərəfindən saxlanılıb və bağlamada olan Kalaşnikov markalı silah, eləcə də lüləsinin biri kəsilmiş ov tüfəngi patronlarla birlikdə götürülüb.

 

Təqib zamanı şübhəli avtomobillərdə olanlarla polis arasında baş vermiş atışma zamanı 1 nəfər öldürülüb, 1 nəfər isə həbs edilib. Polisin bildirdiyinə görə, bu şəxslər əvvəllər də qanunsuz olaraq odlu silah saxlama, polisə qarşı silahlı müqavimət və digər bu kimi hallara görə həbs ediliblər. Digər şəxslərin tutulması istiqamətində isə zəruri addımlar atılır.

 

Xatırladaq ki, fevralın 13-ü axşam saatlarında İranın Sistan-Bəlucistan əyalətində daha bir silahlı olay yaşanıb. “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı intihar hücumu nəticəsində ən azı 27 “Sepah”çı həlak olub, 13-ü isə ağır yaralanıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar