SON XƏBƏRLƏR

Bəzi millət vəkilləri Həsən Ruhaninin Parlametdə sorğu-sual olunmasına çalışırlar

2021.10.20, 07:36
Bəzi millət vəkilləri Həsən Ruhaninin Parlametdə sorğu-sual olunmasına çalışırlar

Gunaz.tv

GünAz TV: Bir çox media orqanlarında, İran Milli Məclisinin mühafizəkar deputatlarının Həsən Ruhaninin sorğu-sual edilməsi üçün imza toplama aksiyası keçirdikləri barədə xəbər yayılıb.

 

Müctəba Zonnurun başçılığı ilə başladılan bu aksiyada Həsən Ruhaninin işsizliklə mübarizə apara bilməməsi, maliyyə bazarında idarə etmə səriştəsizliyi, milli mənafeyə zərər vurma, ərzaq məhsulların qiymətlərini tənzimləmədə səriştəsizlik və bu kimi 14 məsələ üzrə sorğu- sual edilməsi nəzərdə tutulur.

 

Qeyd etmək lazımdır ki, “dini lider” Əli Xamneyi tərəfindən dəstəklənən mühafizəkar millət vəkilləri Həsən Ruhani hökumətinin Qərblə nüvə müzakirələrinə qarşı çıxan əsas qüvvələrdəndirlər. Bu cərəyan dəfələrlə Həsən Ruhaninin səriştəsizliyinə görə onun parlamentə çağırılıb, sorğu- sual edilməsi haqqında layihənin hazırlandığından xəbər versə də, hər dəfə bu layihə nəticəsiz qalıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar