SON XƏBƏRLƏR

Həsən Ruhaninin qardaşı Hüseyn Firudinin ilkin məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Həsən Ruhaninin qardaşı Hüseyn Firudinin ilkin məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudinə qarşı irəli sürülmüş ittihamlar üzrə fevralın 19-da ilkin məhkəmə iclası keçirilib.

 

Məhkəmənin bağlı qapılar arxasında keçirildiyi bildirilir. Bu cinayət işi üzrə Həsən Ruhaninin qardaşı ilə birlikdə digər 4 dövlət işçisinə qarşı da maliyyə fırıldaqçılığı üzrə ittiham elan edilib. Lakin onlara qarşı irəli sürülən ittihamın detalları bu günə qədər açıqlanmayıb.

 

Hüseyn Firudin 2018-ci il iyulun 16-da maliyyə fırıldaqçılığı ilə bağlı İran məhkəməsinə çağırılmışdı. Polis tərəfindən ona ittiham edildiyi məsələ ilə bağlı məlumat veriləndən sonra şərti azadlığı üçün girov müəyyənləşdirilmişdi. Lakin girovu təqdim edə bilmədiyindən, həbs edilmişdi. 1 gün həbsdə qaldıqdan sonra o dövr İranın səhiyyə naziri Hüseyn Firudinin azad edilməsi üçün 35 milyard tümənlik girov təqdim etmişdi. Bu isə İranda böyük səs-küyə səbəb olmuşdu.

 

Xatırladaq ki, Hüseyn Firudin İran Prezidenti Həsən Ruhaninin həm qardaşı , həm də prezidentliyinin ilk illərində müşaviri olub. O, Tehranla 5+1 ölkələri arasında nüvə müzakirələrində də İran nümayəndə heyətinin tərkibində təmsil olunub.Onun övladları Amerikada yaşayırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar