SON XƏBƏRLƏR

Livan qəzeti “Hizbullah”ın qadın alveri ilə məşğul olan şəbəkəsi barədə məlumat yayıb

2021.10.20, 07:36
Livan qəzeti “Hizbullah”ın qadın alveri ilə məşğul olan şəbəkəsi barədə məlumat yayıb

Gunaz.tv

GünAz TV: Livanın “Əlmodon” qəzeti bu ölkənin İran tərəfindən yaradılan və himayə edilən “Hizbullah” terror təşkilatının rüsvayçı əməlləri barədə məlumat dərc edib.

 

Məlumatda bildirilir ki, “Hizbullah” Livanda əxlaqsızlıq yuvaları təşkil edib və bir neçə ildi onu idarə edir. Təşkilat bununla birlikdə öz kəşfiyyat işlərini həyata keçirmək üçün cinsi xidmət təklif edən qadınlardan ibarət dəstə də təşkil edib. “Hizbullah”a xidmət edən bu qadınlar müxtəlif mühüm dövlət rəsmiləri ilə seksual xarakterli əlaqələr quraraq, onlardan təşkilata lazım olan məlumatları əldə edirlər. Bu əxlaqsızlıq yuvalarına “Hizbullah”ın təhlükəsizlik komitəsinin sədri və Livan polis orqanlarında işləyən bir polis polkovnikinin nəzarət etdiyi qeyd edilir. Əxlaqsızlıq yuvasının biri Livanın “Bəəlbik” şəhərində qeyd edilən komitənin yaxınlığında yerləşir.

 

Bu qəzetdən öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi “Twitter” səhifəsində 2016-cı ildə “Hizbullah”ın maliyyə məsələləri üzrə məsulu Əli Zaertə məxsus seks xidmətləri təklif edən şəbəkənin aşkar edildiyi ilə bağlı məlumat yayımlanmışdı. Bu şəxs bundan əvvəl, hələ 2014-cü ildə ABŞ Xəzinədarlıq Departamenti tərəfindən terrorist şəxslər siyahısına daxil edilmişdi.

 

Qeyd etmək lazımdır ki, ABŞ Xəzinədarlıq Departamenti dəfələrlə “Hizbullah”ın insan alveri, narko ticarət, silah alveri və digər bu kimi qeyri- qanuni əməllər törədən üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar