SON XƏBƏRLƏR

Blinken: "Türkiyə ilə əlaqələrimiz çox vacib əhəmiyyət kəsb edir"

2022.10.29, 06:18
Blinken: "Türkiyə ilə əlaqələrimiz çox vacib əhəmiyyət kəsb edir"

Gunaz.tv

"99 il əvvəl Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə Türkiyə xalqını ABŞ adından təbrik edirəm.

Türkiyə ilə ABŞ arasındakı əlaqələr çox vacib əhəmiyyət kəsb edir və ölkələrimiz arasında dərin mədəni və ticarət əlaqələrinə, eləcə də NATO müttəfiqləri olaraq regional və qlobal sülhün, təhlükəsizliyin və rifahın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimizə əsaslanır. 

Rusiyanın davam edən təcavüzü fonunda Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini yüksək qiymətləndiririk.

Bu əlamətdar gündə türk dostlarımızın bayramına qatılır və uzun illərə söykənən, sıx əlaqələrimizə görə minnətdarıq", Blinken təbrikində bildirib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar