SON XƏBƏRLƏR

İranda hicab qaydalarına əməl etməyən yüzlərlə iş yeri bağlandı

2023.04.04, 07:26
İranda hicab qaydalarına əməl etməyən yüzlərlə iş yeri bağlandı

Gunaz.tv

Bu barədə Mazəndəran əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının sədr müavini Müseyib Musəvi məlumat verib.

O, bununla yanaşı son bir ay ərzində oxşar məsələlər üzündən 2000-dən çox irili-xırdalı iş yerinə də xəbərdarlıq edildiyini bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları səngiyəndən sonra sərt şəriyət qaydalarının tətbiqi və vətəndaşların şəxsi həyat tərzlərinə qarşı müdaxilələr artıb.

Son bir neçə həftə ərzində İranın müxtəlif bölgələrində yüzlərlə iş yeri və ticarət mərkəzi məcburi hicab qaydalarına riayət edilmıdiyi və musiqi səsləndirildiyi üçün qapadılıb. 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar