SON XƏBƏRLƏR

Qəzvində hicaba görə restoran bağlandı

2023.07.03, 14:49
Qəzvində hicaba görə restoran bağlandı

İranda şəriət qaydalarına uyğun olmayan geyim tərzinə görə iş adamlarına və şirkətlərə təzyiqlər davam edir.

Gunaz.tv

Qəzvin şəhərində daha bir restoran qadın və kişi qonaqların bir yerdə əylənməsinə və məcburi hicab qaydalarının pozulmasına görə bağlanıb.

Bu barədə İLNA agentliyi İran məhkəməsdinə istinadə məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl də Qəzvində daha bir restoranın lisenziyası Azərbaycan musiqisi səsləndirildiyi üçün ləğv edilib.

Son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 minə yaxın iş yerinin fəaliyyəti qadağan edilib.

Timur  

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar