SON XƏBƏRLƏR

Mehrdad Kərəminin durumundan heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Mehrdad Kərəminin durumundan heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Mehrdad Kərəmi hələdə naməlum səbəbdən həbsdə saxlanılır.

 

Zəncanlı fəal Mehrdad Kərəmi,Universitetin təhlükəsizlik bölməsinin (Hərasət) həmkarlığı ilə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O,  2011-ci il dekabrın 24-də (1390-cı il deyin 3-də) təhsil aldığı Təbriz Universitetində yaxalanıb və Zəncana intiqal edilib.

 

Tutuqlanmış azərbaycanlı fəalın atası Güney Azərbaycandakı hüquq müdafiəçilərinə oğlunun taleyindən xəbərsiz olduqlarını bildirib: “Hökumət qurumlarına müraciət etsək də, bizə cavab verən yoxdur. Təkcə deyirlər ki, sənin oğlun sistemə qarşı fəaliyyət aparıb. Onun sağlamlığının və saxlandığı şəraitin şübhə altında olması, eləcə də zindandan evə həftəlik zənglərinin kəsilməsi bizi narahat edir”.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Azərbaycanşünaslıq Ocağının keçmiş sədri, Azərbaycan türkcəsi və tarix kurslərının tədrisçisi və Azərbaycan mətbuatının tanınmış yazıçılarından biridir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar