SON XƏBƏRLƏR

Cəbhədə atışma: “İki hərbçimiz yaralandı, erməni tərəfi itki verdi”

2021.10.20, 07:36
Cəbhədə atışma: “İki hərbçimiz yaralandı, erməni tərəfi itki verdi”

Gunaz.tv

GünAz TV: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub.

Hadisə cəbhənin Ağstafa rayonu istiqamətində qeydə alınıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  Tərəflər arasında baş verən şiddətli atışma nəticəsində Ermənistan tərəfi bir itki verib, 4 nəfər yaralanıb. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi də mətbuata təsdiqləyib.

 Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik (sərhəng) Eldar Sabiroğlu isə APA-ya bildirib ki, təmas xəttində baş vermiş atışma zamanı Azərbaycan Ordusunun iki hərbçisi – Cəlal Alıyev və Urfan Vəliyev güllə yarası alıblar.

 Yaralı hərbçilər hospitala yerləşdirilib, vəziyyətləri orta-ağırdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar