SON XƏBƏRLƏR

Türkiyədə neft ehtiyatları tapılıb

2021.10.20, 07:36
Türkiyədə neft ehtiyatları tapılıb

Gunaz.tv

GünAz TV: Türkiyənin Adıyaman şəhərindəki Altıntop adlanan ərazidə yüksək keyfiyyətli neft ehtiyatları tapılıb.

Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız məlumat verib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "Zaman" qəzeti yazır.

Həmin yataqdan ilkin mərhələdə gündə 500 barelə yaxın neft çıxarılması planlaşdırılır.

"Bu, böyük həcm deyil, lakin Türkiyə üçün o, böyük əhəmiyyətə malikdir", - Yıldız deyib.

Bundan əvvəl ABŞ-ın (Amerika Birləşmiş Ştatları) "Pemi" şirkəti karbohidrogen kəşfiyyatını aprdığı Türkiyənin Batman şəhərində neft yatağı aşkar edib.

Şirkət həmin yataqdan gündə 2,700 min barelədək neft hasil etməyi planlaşdırır.

Türkiyə xaricdən neft məhsullarının tədarükündən asılılığın azaldılması məqsədilə neft yataqlarının fəal axtarışını həyata keçirir. Bu yaxınlarda Sinop bölgəsində böyük ümid bəslənilən kəşfiyyat işləri heç bir nəticə verməyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar