İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
GünAzTv: bir sual hələ də tam cavabını tapa bilmir: Qırğızıstanda "İnqilabı kim etdi?"
Qırğızıstanda baş verən hadisələr artıq on günə yaxındır ki, dünya gündəminin əsas mövzularından biridir. Müxalifət əvvəlcə hakimiyyət binalarını, sonra isə hakimiyyəti ələ keçirdi. İndi isə bu hakimiyyəti rəsmiləşdirməyə çalışır. Prezident Bakiyev paytaxtı tərk edərək məmləkətinə çəkilmişdi və istefa vermək fikrində olmadığını iddia edirdi. Xarici və daxili təzyiqlərin kölgəsində gedən bu proses aprelin 15-də Bakiyevin ölkəni tərk etməsi və istefa verməsi ilə yekunlaşdı. Amma bir sual hələ də tam cavabını tapa bilmir: "İnqilabı kim etdi?"
Qırğızıstan müəyyən dərəcədə 1990-cı illərin əvvəlindəki Azərbaycanı xatırladır. Xüsusilə 1992-1993-cü illərdəki Azərbaycanı... Təbii ki, nə Əsgər Akayev Ayaz Mütəllibov ilə, nə də eyni ardıcıllıqla sonrakılar həmkarları ilə eyni cür insanlar deyillər. Həm iki ölkə arasında, həm də siyasi liderlər arasında fərqlilik çoxdur. Amma proseslərin xarakteri çox oxşardır. Mürəkkəb xarakterli müxalifət, onun tələbi ilə hakimiyyət dəyişikliyi, bir müddət sonra bu hakimiyyət dəyişikliyindən sonra seçilmiş prezidentə qarşı üsyan, seçilmiş prezidentin paytaxtı tərk etməsi və nəhayət, ilk hakimiyyət dəyişikliyini bir yerdə həyata keçirən qüvvələrin qalan qisminin bu dəfə yeni tərkibdə hakimiyyəti götürmələri (bu son proses hələ rəsmi olaraq başa çatmayıb).
Artıq ölkəsini tərk etmiş keçmiş prezident Bakıyev rüşvətxorluqda, korrupsiyada, qohumbazlıqda, demokratiyanı məhdudlaşdırmaqda, xalqına qarşı zor işlətməkdə ittiham olunur. Hətta onun xanımının lüks həyat sürməsinə qırğızların razı olmadığı iddia edilir. Şübhəsiz ki, istənilən insan hüquqları pozuntusu, demokratiyanın məhdudlaşdırılması təşəbbüsü, xüsusilə də mülki əhaliyə qarşı zor tətbiqi, eyni zamanda rüşvətxorluq və digərləri qınanılası məsələdir. Bakiyev də daxil olmaqla bu hallara yol verən istənilən hakimiyyət bunun cavabını verməlidir. Amma, keçmiş Sovet respublikalarına (Baltikyanı ölkələr istisna olmaqla) azacıq nəzər salan hər kəs məhz bu qeyd olunanların digərləri ilə müqayisədə Qırğızıstanda daha az olduğunu görər.
Şübhəsiz ki, Qırğızıstandakı proseslərdə ictimai narazılıq, siyasi fəallıq, ölkədə mərkəzi hakimiyyətin güclü olmaması və s. amillər ciddi rol oynamışdır. Amma, prosesə bütövlükdə nəzər saldıqda "şimal amili"nin xüsusi çəkisini görməmək mümkün deyil. Qırğızıstanın strateci mövqeyi, bu ölkədə eyni zamanda həm ABŞ, həm də Rus hərbi bazalarının mövcudluğu, Rusiyanın bu ölkə ilə bağlı maraqlarının dərəcəsi (xüsusilə Rusiyanın kürəsəl və bölgəsəl maraqları fonunda) kimi amillər ilə yanaşı son illərdəki Qırğızıstan-Rusiya münasibətlərinin xarakteri və Rusiyanın son proseslərdəki açıq və gizli rolu da bu istiqamətdə kifayət qədər işarələr ortaya qoyur.
Rusiya-Qırğızıstan münasibətlərinin son mərhələsi daha çox pisləşmələrlə yadda qalıb. 2005-ci ildəki inqilabdan sonra Rusiya Qırğızıstanın yeni hakimiyyətinin bu ölkədəki ABŞ hərbi bazalarını bağlamasını istəyib. Bu barədə müxtəlif söhbətlər getsə də, Bakiyev bazaları bağlamayıb. Rusiya son qlobal iqtisadi böhranda Qırğızıstana 2.15 milyard dollarlıq maliyyə yardımı barədəki vədini yerinə yetrməyib. Qırğızıstan (xüsusilə də, parlamentdən fərqli olaraq Bakiyev hakimiyyəti) da öz novbəsində bu ölkədəki ABŞ hərbi bazaları ilə bağlı Rusiyanın gözləntilərini yerinə gətirməyib. Qırğızıstanın əslində elə də Rusiya əleyhdarı olmayan siyasəti bu ölkəni qane etməyib. 11 sentyabr hadisələri vaxtı ilə müqayisədə xeyli güclü görünən Rusiya, ən azı beynəlxalq imici o dövrlə müqayisədə xeyli pis olan ABŞ-ın regiondakı imkanlarını maksimum dərəcədə məhdudlaşdırmağa çalışır və bu çərçivədə Qırğızıstanın çoxşaxəli siyasətinin Rusiya tərəfdarı siyasətlə dəyişdirilməsini tələb edirdi.
Rusiya Kambarat-1 Hidroelektrik stansiyasının tikintisi üçün vəd etdiyi 1.7 milyard dolların ödənilməsini də dayandırmışdı. Qeyd edək ki, "inqilab höküməti"nin dərhal həyata keçirdiyi Moskva səfərində bu kreditin Qırğızıstana ("yeni hökümətə") veriləcəyi vəd olunub. Qırğızıstanın Baş Naziri (artıq funksiyasını yerinə yetirə bilməyən) Daniyar Üsenovun fevraldakı Rusiya səfərində hətta Rusiyanın Baş Naziri Vladimir Putin bu ölkədə qanunsuz işləyən Qırğızların vəziyyətini belə gündəmə gətirmiş və onlarla əlaqədar Qırğızıstanı təhdid etmişdi.
Qırğızıstandakı son proseslərin təkanverici qüvvəsi isə Putinin enerjidaşıyıcıların gömrük rüsumları ilə bağlı 1 aprel tarixli qərarı olub. Bu qərar ilə Qırğızıstana gedən enerjidaşıyıcılarla bağlı tariflərin dəyişməsidən sonra Qırğızıstanda yanacağın qiymətinin təxminən 30 faiz qalxması və inflyasiyanın sürətlə yüksəlməsi müşahidə olunub. Beləliklə, sosial narazılıqlar artdı və etirazlar siyasi proseslərə çevrildi.
Son mərhələdə Qırğız müxalifətinin Moskvaya vaxtaşırı səfərləri onsuz da diqqət çəkirdi. "İnqilab" ərəfəsində Rusiya KİV-də və Qırqzıstandakı Rusdilli KİV-də Bakiyev hakimiyyətinə qarşı təbilğat kampaniyası başlamışdı. Kremlin adminstrasiyasının Rusiya mətbuat üzərindəki nəzarəti və Rus dilinin Qırğızıstanın ikinci rəsmi dili olması nəzərə alındığında bu yayınların Qırğız xalqı üzərində mühüm təsiri aydın olur. Hətta bu yayınlar Qırğız rəsmilərinin etirazlarına və ölkədə bəzi Rus dilli yayin orqanlarının qadağan edilməsinə səbəb olmuşdu.
Hadisələr başladığı zaman, Rusiya (Putin) bütün diplomatik sərhədləri yıxaraq, Bakiyevi (qonşu ölkənin qanuni və həmin vaxt vəzifəsini də icra edə bilən prezidentini) müxtəlif daxili siyasi məsələlərə görə ittiham etdi. Bakiyev hakimiyyətinə qarşı təsadüfi görüntüyə malik, amma keyfiyyətcə çox peşəkar plan həyata keçirildi. Proses maksimum sürətlə yekunlaşdırıldı (təxminən Gürcüstandakı "Saakaşvili inqilabı" ilə müqayisə etmək olar). Hadisələr vaxtı prezidentin kabinetinə (əvvəlcə iş otağına, o istirahət otağına keçdikdən sonra isə bu dəfə istirahət otağına) atəş açılması, Daxili İşlər Nazirinin və Baş Nazirin girov götürülməsi kimi hərəkətlərin pəraknədə və qeyri-peşəkar qüvvələr tərəfindən həyata keçirilməsi o qədər də inandırıcı görünmür.
Qırğızıstandakı proseslər, o cümlədən qeyri-müəyyənlik hələ davam edərkən Rusiyanın "inqilabçıları" rəsmi hakimiyyət kimi qəbul etmələri, Rus rəsmilərinin onları Moskvaya dəvət edərək sənədlər imzalamaları Bakəyevin müqavimətini qırmağa, eyni zamanda siyasi prosesdə geniş iştirak etməyən Qırğız xalqına istiqamətlənmiş mesaj idi. Moskvadakı görüşlərdən sonra verilən açıqlamalarda Rusiyanın Qırğızıstana maddi köməklik göstərəcəyi və gömrük rüsumlarını əvvəlki səviyyəyə qaytaracağı qeyd olunurdu. Yeni hökumətin nümayəndəsinin Moskvadan qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında bir Türk jurnalistin ABŞ bazalarına dair sualına verdiyi cavabda, "Amerikalıların burdakı insanlar yerinə bazaları ilə maraqlanmalarına görə təəsüf hissi keçirməsi" (görüntü: Rusiya iqtisadi yardım edir, ABŞ isə sadəcə hərbi bazaları ilə maraqlanır) də prosesə aydınlıq gətirən məqamlardan idi. Qeyd edək ki, eyni mahiyyətdə cavab aprelin 15-də Ankaradakı mətbuat konfransında da təkrar edildi.
Rusiyanın əvvəlcə Kantdakı bazaları ilə bağlı heç bir narahatlıq olmadığını açıqladıqdan sonra, özlərinin ifadəsi ilə "heç bir təhlükə yox ikən" bura 150 nəfərlik desant yollamaq barədəki qərarı da kifayət qədər şübhəli məqamlara malikdir. Çox güman ki, bu 150 nəfərlik desant qrupu Bişkekə gedib və ehtimal var ki, onlardan əlavə də Rus xüsusi xidmət orqanlarının nümayəndələri Bişkekə gedərək "yeni hökumətin" təhlükəsizliyini təmin etməklə məşğul olub.
Aprelin 14-də isə bütün bunlara iki məqam da əlavə olundu. Rusiya Federasiyasının prezidenti Medvedyevin Vaşinqtonda növbəti dəfə və açıq şəkildə Manasdakı ABŞ hərbi bazalarını bağlamadığı üçün Bakiyevi "sözündə durmayan adam" kimi ittiham etməsi və istefaya dəvət etməsi (bu başqa ölkənin daxili işlərinə açıqca müdaxilə olsa da) hadisələrin arxasındakı gücü göstərməklə yanaşı Bakiyevə və onu dəstəkləmək barədə düşünməsi ehtimal olunanlara son xəbərdarlıq idi: "Qırğızıstanda Rusiyanın istədiyi olacaq!" Eyni gün proseslərə mümkün alternativin də siqnalı verildi: "Qırğızıstandakı Rusların həyatına ciddi təhlükə var". Rusiyanın xaricə ordu göndərilməsi (hərbi müdaxilə) ilə bağlı son qanunu nəzərə alındıqda bu açıqlama da Qırğızıstana (konkret olarak Bakıyevlərə) açıq mesaj idi. Aprelin 12-də və 13-də Qırğızıstanın cənubunda mitinqlər keçirən və istefa qərarını yubadan prezident Bakıyevə və "bizim də silahımız var, heç kim bizimlə zor dilində danışmağa çalışmasın" deyən qardaşına... Rusiya Xarici İşlər Nazirliyinin aprelin 15-də növbəti dəfə "Qırğızıstandakı Rusların taleyi ilə bağlı narahatlıq keçirməsi" və "onların təhlükəsizliyi üçün təsirli tədbirləri zəruri hiss etməsi", ardınca da Bakıyev ilə Putin arasındakı telefon danışığı prosesləri bu mərhələdə yekunlaşdıran addımlar oldu: Bakiyev ölkəni tərk etdi və istefa verdi. Bütün bu qeyd olunanlar, Qırğızıstandakı proseslərdə "şimal küləyinin rolunun hər zamankı kimi "yerli proletariatdan" xeyli çox olduğunu göstərir.
Prosesin ümumi yekunları arasında "ölkələrin Rusiyasız yaşaya bilməmələri", "Rusiyanın köməyi ilə normal həyata qayıda bilmələri", "liderlərin Rusiyanın sözündən çıxmanın cəzasını çəkə biləcəkləri", "ABŞ-ın inqilabları qarşısında rahat sığınılacaq yerin Rusiya olduğu" və s. oxşar nəticələri də saymaq mümkündür. Rusiya baxımından yeni bir yanaşma mənasını daşıyan bu prossesin önəm qazanmasında isə 2008-ci il 12 iyul tarixdə yenilənən Rusiya xarici siyasət konsepsiyasındakı "ictimai rəy amilinə diqqət edilməsinin vacib məsələlərdən biri olması" əsas təşkil təşkil etməkdədir. Beləcə, Rusiya sadəcə hakimiyyətləri götürmür, ictimai mövqe (nüfuz ) də əldə edir.
Artıq uzun illərdir Moskvada danışılan lətifədə olduğu kimi "Qırğızlar səhər yeməyini çinlilərlə yeyirlər, günorta yeməyini ruslarla, şama isə amerikalılara qonaq gedirlər". Bəziləri Bakiyevi bu qaydanı düzgün yerinə yetirə bilməməkdə günahlandırırlar.
Araz Aslanlı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN