Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlüdür.
- Mübariz bəy, ilk öncə sualımıza ondan başlayaq ki, sizin də yaxından tanıdığınız professor Quram Marixuliya Azərbaycan üçün kimdir?
- Gürcüstanın ən vicdanlı tarixçilərindən saya biləcəyimiz Quram Marixulya öz ölkəsi ilə yanaşı, Azərbaycan üçün də çox iş görmüş və görməkdə davam edən bir şəxsdir. Bizim onunla tanışlığımız o qədər də uzun tarixə və müntəzəm görüşlərə, əlaqələrə dayanmır. Amma ilk tanışlıqdan və ünsiyyətdən sonra onun Azərbaycan üçün nə qədər əhəmiyyətli bir şəxsiyyət olduğu aydınlaşır. Ötən ilin aprel ayında təşkilatımız gürcü alimlərinin iştirakı ilə Bakıda “Qafqaz Evi və ermənilər” adlı beynəlxalq konfrans keçirdi. Həmin konfransa ilk çağrışdaca təşrif buyuran Quram bəy özü ilə birlikdə daha iki nəfər professorun da iştirakına nail olmuşdu. Səfər boyu, konfransda etdiyi çıxışda, mətbuata verdiyi müsahibdə, bizimlə müzakirələrdə onun Azərbaycanla bağlı, o cümlədən hər iki xalqın dostluğu ilə bağlı, erməni vəhşiliyinin ifşası istiqamətində gördüyü işlərlə tanış ola bildik. Dayanmadan ermənilərin həm azərbaycanlı türklərə, həm də gürcülərə qarşı törətdiyi zorakılığı təbliğ edən professor ermənilərin nifrətini, qəzəbli münasibətini qazanırdı.
- Onun Suxumi Universitetindən uzaqlaşdırılması gördüyü işlərlə bağlı olarmı? Konkret olaraq, bu məsələdə erməni izi görsənirmi?
- Əlbəttə onun Universitetdən uzaqlaşdırılması birbaşa ermənilərin və ermənipərəsət, erməniqanlı gürcülərin işidir. Biz etiraf etməliyik ki, dünyanın digər ölkələrində olduğu kimi Gürcüstanda da Azərbaycan təşkilatları, onların həmin dövlətlərin siyasətlərinə təsir imkanları yox dərəcəsindədir. Əgər bu gün Gürcüstanın rəsmi şəxsləri formal olaraq Borçalıda azərbaycanlılarla bağlı hansısa addımlar atırlarsa bu yalnız qonşuluqda mövcud olan Azərbaycan dövlətinin imkanlarından yararlanmaq üçündür. Gürcülər bizi və bizim oradakı təşkilatları kobud şəkildə desək heç saymırlar da. Amma ermənilərə gəldikdə isə çox güclü təşkilatlanma prosesi (sürəci) içərisində olan ermənilərə nəinki Gürcüstanın ictimai-siyasi həyatında tez-tez rast gəlmək mümkündür, hətta adını və soyadını dəyişmiş, bu ölkənin yüksək qurumlarında təmsil olunan ermənilərlə, onlarla qohumluğu olan gürcülərlə üzləşmək adi haldır. Obrazlı şəkildə belə qiymətləndirmək olar: biz gürcülərin, gürcülər də ermənilərin sisteminə müdaxilə edə bilmir. Mənim bu fikirlərimdən inciyənlər ola bilər, amma bu həqiqətdir. Quram Marixuliyanın başına gələnlər bunun bariz sübutudur. Əksini sübut etmək istəyənlər onun tutduğu vəzifəyə təyin olunmasını reallaşdırsınlar. Özünüreklam, sistemsiz, pərakəndə çalışmalarla nəyəsə nail ola bilmərik.
- Maraqlıdır bu gün Gürcüstan özü də etnik separtçılıqdan (bölücülükdən) əziyyət çəkən dövlətdir. Nəzərə almaq lazımdır ki, Quram Marxuliyanın gördüyü işlər separtçılığa qarşıdır...
- Çox doğru qeyd etdiniz. Amma bu amil Quram bəyin işdən azad olunmasının qarşısını almadı. Mən bir neçə dəfə Gürcüstanda olmuşam və inanın ki, oradakı gürcülərin böyük əksəriyyəti, ümumiyyətlə gürcü ictimaiyyəti ermənilərin onlara qarşı törətdikləri soyqırımlarla bağlı çox az məlumatlıdır. Bayaq da qeyd etdiyim kimi ermənilərin güclü təşkilatlanması, şəbəkə halında fəaliyyət göstərməsi bizlərin bu həqiqətləri gürcü ictimaiyyətinə duyurmağa və real nəticələrə nail olmağımıza mane olur. Əslində biz konfrans təşkil etməklə həm də bunu hədəfləyirdik və istəyimizə müəyyən qədər nail ola bildik. Ermənilərin XX əsrin əvvəllərində və sonlarında gürcülərə qarşı həyata keçiridkləri soyqırımları çatdıra bilsək bu faktın üzərində çox ciddi işlər görə bilərik.
- Bu məsələdə Azərbaycan professora hansı köməkliyini göstərə bilər?
- Ən böyük köməklik professorun işə bərpa olunması ola bilər. Bu həm də Azərbaycanla əlaqələr qurmaq istəyən, ermənilərə qarşı fəaliyyət göstərmək istəyən digər gürcü ziyalılarını, rəsmilərini ruhlandıra bilər. Hazırda Quram Marixulyanın başına gələnlər digər gürcüləri bu niyyətdən çəkindirir. Əgər bunu həyata keçirmək mümkün olmasa o zaman Quram Marixulyanın iş, maliyyə və s. məsələlər baxımından himayəyə götürülməsi şərtdir. Bilirsiniz burada söhbət təkcə Quram bəydən getmir, bu həm də bizim gücümüzü və təşkilatlanma imkanlarımızı sübut edə bilər.
- Bildiyim qədərilə aprel ayında bu mövzuyla bağlı daha bir beynəlxalq konfrans keçirməyi planlaşdırırsınız. Bu barədə məlumat verərdiniz.
- Aprel ayının sonlarında Qafqazda sülh və təhlükəsizlik problemlərinin müzakirəsinə həsr olunmuş, daha dəqiq desək ermənilərin separatçılığını və vəhşiliklərini ifşa etməyi hədəfləyən bir tədbir keçirməyi planlaşdırırıq. Bu dəfəki tədbirimizdə yalnız Gürcüstandan deyil, eyni zamanda Rusiya və Türkiyədən də nümayəndələrin iştirakına çalışırıq. Bu istiqamətdə hələlik hazırlıqlar getdiyinə görə bundan artıq məlumat verə bilməyəcəyəm. Amma əsas bir faktı (dəlil) qeyd edim ki, Quram Marixulyanın başına gələnlər digər gürcü alimlərinə bir növ “dərs olub”. Biz bunu hazırlıqlarımız zamanı hiss edirik. Düşünürəm ki daha ciddi çalışmalarla real nəticələrə nail olmaq lazımdır.
Söhbətləşdi: Elnur Eltürk
N.S
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü