SON XƏBƏRLƏR

Güneyli müəllim həbs edildi

2023.08.30, 12:36
Güneyli müəllim həbs edildi

Avqustun 29-da təqaüdə çıxmış ərdəbilli müəllim Qulamrza Əsgəri təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Gunaz.tv

Bu barədə Ərdəbil Təhsil işçilərinin Həmkarlar İttifaqı Təşkilatının üzvü Bəhram Neməti məlumat verib.

O, bildirib ki, avqustun 29-da müəllimlərin etiraz aksiyasına hazırlaşmalarından əvvəl təhlükəsizlik məmurları Qulamrza Əsgərinin evinə hücum edərək onu saxlayıb və naməlum yerə aparıblar.

B.Neməti həbs edilən müəllimin Ərdəbilin tanınmış mədəniyyət xadimlərindən və İran-İraq müharibəsi qazilərindən olduğunu, ailəsinin onun harada saxlanılması ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını deyib.

Qeyd edək ki, avqustun 29-da Ərdəbil, Urmu və Təbriz şəhərlərində təqaüdçü müəllimlər etiraz aksiyası keçiriblər.

Etirazçı müəllimlər "Məhbus müəllim azad edilsin!" yazılmış plakatlar qaldıraraq, həmkarlarının sərbəst buraxılmasını tələb ediblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar