SON XƏBƏRLƏR

Həbs edilən jurnalist xəstəxanaya köçürülüb

2023.08.31, 16:36
Həbs edilən jurnalist xəstəxanaya köçürülüb

Tehranda yaşayan güneyli jurnalist Nazilə Mərufian avqustun 30-da yenidən təhlükəsizlik məmurları tərəfindən həbs edilərək “Əxlaq Təhlükəsizliyi” Prokurorluğuna köçürülüb.

Gunaz.tv

O, həbs olunduğu zaman ağır şəkildə döyüldüyünə görə prokurorluqda huşunu itirib və xəstəxanaya köçürülüb.

Bildirilib ki, jurnalist baş, qol və qıç nahiyəsindən xəsarətlər alıb,  səhhəti ağırlaşıb.

Jurnalistin yaxınları təhlükəsizlik məmurlarının onu həbs etmək üçün mənzilinin qapısını qırdıqlarını, ona məxsus şəxsi əşyanı müsadirə edərək özləri ilə apardıqlarını deyiblər.

Cari il ərzində 4-cü dəfə həbs edilən Nazila Mərufian "əxlaqsızlığı təbliğ etmək"də ittiham olunub.

Qeyd edək ki, 2022-ci ildə İranda meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatlarına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar