SON XƏBƏRLƏR

Azərbaycan Respublika Başçısı Aliyev, Rasmussenlə Görüşdü

2021.10.20, 07:36
Azərbaycan Respublika Başçısı Aliyev, Rasmussenlə Görüşdü

Gunaz.tv

Azərbaycan Respublika Başçısı Aliyev, Rasmussenlə Görüşdü

Günaz TV: Azərbaycan Respublika başçısı İlham Aliyev, NATO Ümumi Sekretarı Anders Fogh Rasmusseni ziyarət etdi.

Aliyevi NATO qərargahında ağırlamaqdan məmnuniyyətini ifadə edən Rasmussen, Azərbaycanla NATO İttifaqının ortaqlığa böyük dəyər bağışladığını dilə gətirdi. NATO Ümumi Sekretarı, Azərbaycanın Əfqanıstan əməliyyatına etdiyi qatqılardan ötürü mütəşəkkir olduqlarını ifadə edərək, "Bir çox sahədə ortaq siyasi mənfəətlərimiz var." dedi.

Rasmussen, ikili görüşmədə, beynəlxalq sahədə əlaqələrin inkişaf edilməsi yolunda dayandıqlarını söylədi.

İlham Aliyev isə iki ölkə arasındakı əlaqələrin bir 'müvəffəqiyyət tarixi' olaraq xarakterizə etdi və Azərbaycanın avropa-Atlantik təşkilatlarıyla inteqrasiyasi mövzusunda böyük inkişaf qeyd edildiyini vurğuladı. Aliyev, Azərbaycan Ordusunu NATO standartlarına yüksəltmək üçün islahatlar etdiklərini dilə gətirdi. İlham Aliyev, Əfqanıstan mövzusunda verdikləri dəstəyin artaraq davam edəcəyini qeyd etdi.

İlham Aliyev, Ermənistana da çağırış edərək BM qərarlarına uyğun gəlmələrini və işğal etdikləri Azərbaycan torpaqlarından çəkilmələrini istədi. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar